AF Business House, Nizami 203 B,

Əmək Haqqı Hesablaması Təlimi

Əmək Haqqı Hesablaması Təlimi

Ümumi Məlumat

"Business Management School" MMC olaraq təşkil edərək keçirtdiyimiz "Əmək haqqı hesablaması" təliminin növbəti onlayn sessiylarını elan edirik. 

 Təlim kimlər üçün nəzərdə tutulub?

- HR asistentlər və mütəxəssislər
- Maaş hesablamalarını həyata keçirdən mühasiblər
- Karyerasını HR sahəsində qurmaq istəyənlər

Təlim vasitəsi ilə hansı bilik və bacarıqları əldə edəcəksiniz?

Bu təlimlə siz əmək haqqı hesablanmasına aid Azərbaycan Respublikasının qanunvericilik aktları ilə yaxından tanış ola, müxtəlif növ hesab əməliyyatları, məsələn aylıq əmək haqqının, əmək məzuniyyətinin, ezamiyyətin, sosial müavinətlərin və digər ödənişlərin hesablamasını həyata keçirə biləcəksiniz. Bu təlim əmək haqqı mütəxəssisi kimi yetişmənizdə və inkişaf etmənizdə mühüm rol oynayacaqdır. Təlim materialları əmək haqqı ilə əlaqəli işlərinizdə bələdçilik edəcək, təlimin praktiki əhəmiyyətini işinizdə aydın şəkildə görəcəksiniz.
 

Təlim offlayn tədris ediləcək.

Təlimin Mündəricatı

Tədris proqramı:

1. Əmək haqqı üzrə ümumi məsələlər 

- Əməyin ödənilməsi formaları, sistemləri və növləri
- Əmək haqqı ilə bağlı və onunla əlaqəli anlayışlar
- Əmək haqqı hesablaması üzrə ilkin sənədlər və kadr inzibatçılığı ilə bağlılıq
- Əmək haqqının hesablanmadığı hallar

2. Əmək haqqına əlavələrin, mükafatların və digər ödənclərin hesablanması qaydası 

- Əmək müqaviləsi üzrə əlavələr, əvəzetmələrlə bağlı, qeyri-iş günü işə cəlb olunma, iş vaxtından artıq işə görə ödəmələr
- Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi
- Mükafatlar, maddi yardım və digər ödəmələr 

3. Əmək məzuniyyəti və orta əmək haqqının saxlandığı halların hesablanması 

- Əmək məzuniyyətinin hesablanması qaydası və hüquqi aspektləri
- Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması
- Əmək məzuniyyətindən geri çağrılma ilə bağlı hesablama qaydaları
- Orta əmək haqqının hesablanması qaydası və onun tətbiq edildiyi hallar
- Təhsil və yaradıcılıq məzuniyyətinə görə əmək haqqının hesablanması

4. Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması 

- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanma qaydası və hüquqi aspektləri
- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin şirkət (sığortaedən) və müvafiq dövlət orqanı tərəfindən (məcburi dövlət sosial sığorta haqları hesabına) ödənilməsi
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi 

5. Bəzi məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması 

- Hamiləliyə və doğuma görə müavinət
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət
- Uşağa qulluqla əlaqədar müavinət
- Dəfn üçün müavinət
- Müavinətlərlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi 

Aralıq İmtahanı

6. Son haqq-hesabın hesablanması 

- Son haqq-hesab anlayışı və hesablama qaydası
- İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablaması
- Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 

7. Əmək haqqından tutulmalar və azad olmalar 

- Əmək haqqından tutulmaların növləri və şərtləri
- Fiziki şəxslərin gəlir vergisi, azadolmalar və güzəştlər
- Məcburi dövlət sosial sığorta haqqı, tutulma zamanı istisna edilən gəlir növləri 
- Aliment və icra sənədinə görə tutulmalar

8. Ezamiyyə haqlarının hesablanması 

- İşçinin ezamiyyətə göndəriməsinin rəsmiləşdirilməsi
- Respublikadaxili ezamiyyənin hesablanması
- Xarici ölkəyə ezamiyyənin hesablanması



Yekun İmtahanı

Təlimçilər

Təlimin ödənişi

Təlim ödənişlidir. 20 saatlıq təlimin online ödənişi 180 AZN, offline ödənişi 210 AZN olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

*5 oktyabr tarixinə kimi 50 AZN ödəyib qeydiyyatını rəsmiləşdirənlər üçün 30 AZN endirim tətbiq ediləcək.

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
 

"Business Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir.

"Əmək haqqı Hesablaması" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır. 

Təlimin cədvəli

Dərs Cədvəli - Oflayn sessiya

11 Noyabr - ( Cümə axşamı ) 19:30 - 21:30 - 2 saat
16 Noyabr - ( Çərşənbə axşamı ) 19:30 - 21:30 - 2 saat
18 Noyabr - ( Cümə axşamı ) 19:30 - 21:30 - 2 saat
23 Noyabr - ( Çərşənbə axşamı ) 19:30 - 21:30 - 2 saat
25 Noyabr - ( Cümə axşamı ) 19:30 - 21:30 - 2 saat
30 Noyabr - ( Çərşənbə axşamı ) 19:30 - 21:30 - 2 saat
02 Dekabr - ( Cümə axşamı ) 19:30 - 21:30 - 2 saat
07 Dekabr - ( Çərşənbə axşamı ) 19:30 - 21:30 - 2 saat
09 Dekabr - ( Cümə axşamı ) 19:30 - 21:30 - 2 saat
14 Dekabr - ( Çərşənbə axşamı ) 19:30 - 21:30 - 2 saat 

Qeydiyyat