Əmək Məcəlləsi və Kadr Kargüzarlığı Təlimi

Əmək Məcəlləsi və Kadr Kargüzarlığı Təlimi



"Business Management School" MMC olaraq  təşkil etdiyimiz "Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" təliminin növbəti offlayn sessiya qeydiyyatlarını açıq elan edirik. 
 


Siz bu təlimdə iştirak etməklə Əmək Məcəlləsini və Qanunvericiliyini dərindən mənimsəyəcək, Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnəcəksiniz.
Əgər bu sahədə işləyirsinizsə, biliklərinizi təkmilləşdirərək daha da peşəkarlaşacaqsınız.

 

Təlim zoom platforması üzərindən tədris ediləcək.  Zoom platformasında konfrans yaradılacaq. Hər bir iştirakçıya konfrans kodu bildiriləcək. Dərs cədvlinə uyğun olaraq konfrans aktiv olacaq.

Diqqət! Online təlimlər Business Managmenet School MMC-nin məxfiliyi qorunmalı sənədlər bölümünə daxildir. Dərslərin video və ya səs yazısının hər hansısa şəkildə qeydə alınması və yayılması yolverilməzdir. Əgər hər hansısa şəkildə dərslərin yayılması halı aşkar edilərsə, bu qanun pozuntusu şəklində qiymətləndiriləcək və müvafiq tədbirlər görüləcəkdir.

 

§ I dərs (4 saat) - Şəhriyar Qurbanov

1. Əmək hüququ üzrə anlayışlar və əmək münasibətlərinin tərəfləri
- Əsas anlayışlar və tənzimləyici hüquqi aktlar
- İşçi və işəgötürən arasında münasibətlərin izahı
2. İşə qəbulun sənədləşdirilməsi

- Ştat cədvəli barədə məlumatlar
- Əmək müqaviləsi və onun əsas şərtlərinin təfsilatlı izahı
- İşçiyə sınaq müddətinin təyin edilməsi və onun tənzimlənməsi
- Elektron Hökumət Portalında əmək müqaviləsi bildirişi ilə bağlı əməliyyatlar
- İşə qəbul zamanı digər sənədləşmə qaydaları
- Əsas və əlavə iş yeri üzrə əmək münasibətlərinin rəsmiləşdirilməsi
3. Əmək müqavilələrinin və əmrlərin uçotu

§ II dərs (4 saat) - 
Şəhriyar Qurbanov

4. Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
- Başqa işə keçirmə və onun sənədləşdirilməsi
- Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi
5. Əmək kitabçası və onun düzgün doldurulma qaydaları
- İşə qəbul və başqa işə keçirmə zamanı əmək kitabçasında qeydlərin aparılması
- Əmək kitabçasında digər qeydlərin doldurulma qaydaları
- Əmək kitabçalarının hərəkətinin uçotu kitabı
6. İşçi tərəfindən əmək funksiyalarının müvəqqəti icra edilməsi
- Başqa işə müvəqqəti keçirmə
- Müvəqqəti əvəzetmə, boş vəzifənin icrası
- Boş vəzifəyə müvəqqəti təyinat

§ III dərs (4 saat) - Şəhriyar Qurbanov
7. İş vaxtı və istirahət vaxtı anlayışı
- Normal iş vaxtı və növləri
- Qısaldılmış iş vaxtı və tətbiqi qaydaları
- Natamam iş vaxtı
- İş vaxtı növlərinin müqayisəsi
- İş vaxtından artıq işin və qeyri-iş günlərində işin tənzimlənməsi və onun sənədləşməsi
- İş vaxtının qısaldılması hallarının izahı
- İstirahət vaxtı və fasilələrin tənzimlənməsi
- İşçinin ezamiyyətinin rəsmiləşdirilməsi
- İş vaxtının uçotu


 

§ IV dərs (4 saat) - Müşfiq Əmircanov

8. İş vaxtının tənzimlənməsi üzrə bəzi məsələlər
- İş vaxtının cəmlənmiş uçotu
- Gecə vaxtı və çoxnövbəli iş rejiminin tənzimlənməsi
9. Əmək məzuniyyəti və onun rəsmiləşdirməsi qaydası
- Əmək məzuniyyətinin rəsmiləşdirilməsi
- Əmək məzuniyyəti günlərinin (o cümlədən xitam zamanı) hesablanması üzrə məsələlərin həlli
- Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi
- İşçilərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya
- Əmək məzuniyyətinin verilməsi zamanı “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyanın tətbiqinin üstünlükləri
- Əmək məzuniyyətinin uçotu

§ V dərs (4 saat) - Müşfiq Əmircanov
10. Digər növ məzuniyyətlər və onların rəsmiləşdirməsi qaydası
- İşçinin təhsil məzuniyyətindən istifadəsinin xüsusiyyətləri
- Təhsil və yaradıcılıq məzuniyyətinin fərqi
- Sosial məzuniyyətlərin növləri
- Ödənişsiz məzuniyyətlər
11. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsinin incəlikləri (1-ci hissə)
- İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları
- İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları

§ VI dərs (4 saat) - Müşfiq Əmircanov
12. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşdirilməsinin incəlikləri (2-ci hissə)
- Əmək müqaviləsinin müddətinin qurtarması
- Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi halları
- Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
13. İşçilərə intizam tənbehinin tətbiqi qaydaları
14. Məşğulluq sahəsində kadr inzibatçılığı

Təlimçi: Müşfiq Əmircanov

Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malikdir. O, uzun müddətdir ki,  İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. “DəmirBank” ASC-də  ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi”  ,  “Kadrlar və Əmək haqqı” ,  “İşə qəbul və seçmə”  şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr inzibatçılığı  (personnel administration)  və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur  SAP HRM proqram təminatının  tətbiq edilməsində  böyük  rolu  olmuşdur.  Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə  qədər  araşdıraraq,   qanunvericilik  və biznes  tələblərinin  formalaşdırılması,  kadr və əmək haqqı  əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Daha sonra  “AzerGold”  QSC-də  İşə qəbul  və Kadrlarla iş şöbəsinin rəhbəri,  İcbari Tibbi Sığorta  Agentliyində  İnsan  Resursları  üzrə  bölmə  rəhbəri  vəzifələrində işləmişdir. Bir müddət "Saffron Restaurant Group" şirkətinin  İnsan resurslarının  idarə  edilməsi üzrə meneceri vəzifəsində çalışan təlimçimiz hal-hazırda İcbari Tibbi Sığorta  Agentliyində Kadrlar şöbəsinin müdiri olaraq çalışmaqdadır.  O eyni zamanda İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan  CİPD-nin  Certificate  in  Human  Resources  Management  adlı uzunmüddətli  sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə  yiyələnmişdir. 

Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə tam ali təhsili bitirmişdir.
 

 Təlimçi: Şəhriyar Qurbanov

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)
  • Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)

 

İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.

 Təlim ödənişlidir. 24 saatlıq online təlimin ödənişi 260 AZN, 24 saatlıq offline təlimin ödənişi 300 AZN,  olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat

 

"Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır. 

 Dərs Cədvəli 

Offlayn sessiya

15 Avqust (Bazar) -  14:30-18:30
22 Avqust (Bazar) -  14:30-18:30
29 Avqust (Bazar) -  14:30-18:30
05 Sentyabr (Bazar) -  14:30-18:30
12 Sentyabr (Bazar) -  14:30-18:30
19 Sentyabr (Bazar) -  14:30-18:30

 

  •  Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.


Bu təlimin üstünlükləri nələrdir?


 Təlim peşə etibarı ilə hüquqşunas olan, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malik təlimçimiz Müşfiq Əmircanov tərəfindən keçiriləcəkdir. O, “qanunvericilik  və biznes  tələblərinin  formalaşdırılması,  kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Daha sonra  “AzerGold”  QSC-də  İşə qəbul  və Kadrlarla iş şöbəsinin rəhbəri,  İcbari Tibbi Sığorta  Agentliyində  İnsan  Resursları  üzrə  bölmə  rəhbəri  vəzifələrində işləmişdir. Müşfiq Əmircanov hal-hazırda "Saffron Restaurant Group" şirkətinin  İnsan resurslarının  idarə  edilməsi üzrə meneceridir.  ərəfindən tədris ediləcək. Müşfiq bəy eyni zamanda İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir. 

 Siz təlimi bitirdikdən sonra çalışdığınız şirkətdə kadr kargüzarlığı sistemini Əmək Qanunvericiliyinin tələblərinə uyğun qurmaq üçün lazımi bilik və bacarıqlara yiyələnəcəksiniz.

  Təlim zamanı iş əsnasında qarşılaşa biləcəyiniz əksər problemli məsələlərin həlli ilə tanış olacaqsınız və bu cür hallar baş verdikdə biz sizə məsələnin həll yolunu tapmaqda dəstək olacağıq.

  Təlim sonrası dəstək kadr kargüzarlığında mühim əhəmiyyət kəsb edir. Bu məqsədlə yaradılmış və 200-dən çox təlim iştirakçısı olan daxili qrupumuzda gələcəkdə yaranacaq suallarınıza cavablar ala biləcəksiniz. 

  Təlim günləri arasında daxili qruplarımızda paylaşılacaq praktik ev tapşırıqları ilə öyrəndiklərinizi daha da dərindən mənimsəyəcəksiniz.

  İndiyə kimi təlimlərimizdə iştirak etmiş 700-dən çox məzunlarımızla sosyal fəaliyyətlər təşkil edir, dostluq bağlarımızı möhkəmləndirirk. Bu təlimdə iştirak etməklə siz də genis HR ailəmizə qatılmış olacaq, bu sahdəki çevrənizi genişləndirmə imkanını əldə edəcəksiniz.

 "Business Management School"un digər təlimlərinə endirim əldə edəcəksiniz!

  Və ən əsası, bu təlimi indiyə kimi 5 il ərzində dəfələrlə uğurla təşkil edərək keçirmişik. Keçirdiyimiz hər sessiyadan sonra təlim konsepti daha da zənginləşdirilib. Bu təlimdə iştirak etməklə 5 illik təcrübəmizdən faydalanmış olacaqsınız.