Təchizat sistemi -Satınalma Təlimi

Təchizat sistemi -Satınalma Təlimi



Business Management School sil-silə olaraq Təchizat Zəncirinin İdarə Edilməsi Təlimləri təşkil edir. Təlimlərdə Təchizat Zəncirinin 4 əsas hissəsi,

1) Təchizat Sistemi- Satınalma modulu

2) Tender və Müqavilələr modulu

3) Logistika ( Gömrük ) modulu

4) Anbar Ehtiyyatlarının İdarə Edilməsi modulu

Hər bir modul ayrı ayrılıqda tək konsept olaraq tədris olunur. Lakin bu tək konsept təlimlər korporativ sifariş əsasında təşkil edilir.
Həmçinin Təchizat sistemi -Satınalma Təlimi ayrıca bir mövzu olaraq əhəmiyyət kəsb edir. Bir çox şirkətlərdə Satınalmanın İdarə edilməsi,Satınalma prosesləri, mövcud bazar araşdırmaları, podratçılarla əlaqələr, təchizat proseslərinin optimallaşdırılması kimi məsələlər problemli mövzulardan biridir. Bu üzdən, biz həmin şirkətin problemlərini, problemlərin həlli istiqamətində tələbləri öyrənərək onlara bu yöndə təlim konsepti yaza bilərik. Yəni təlimin konsepti və müddəti hər şirkətə görə dəyişə bilər.
Təchizat sistemi -Satınalma Təlimi üzrə ümumi konseptimiz aşağıdakı kimidir.

  1. Təchizat zənciri haqqında ümumi anlayış;
  2. Satınalmanın təchizat zəncirində rolu;
  3. Satınalma prosesinin axını;
  4. Təchizat planı;
  5. Tələb və Tələbdə 5C modelinin istifadəsi;
  6. İnformasiya sorğusu (RFI);
  7. Təklif tələbi (RFQ / RFP);
  8. Mövcud bazarlar və onların araşdırılması yolları;
  9. 5R modeli ve onun satınalmada vacibliyi;
  10. Podratçı şirkətlərin qiymətləndirilməsi;
  11. Mülkiyyətin ümumi dəyəri (TCO);
  12. Satınalma danışıqları;
  13. Müqavilələrin növləri;
  14. Podratçılarla əlaqə və onlarla münasibətin idarə edilməsi;
  15. Praktiki məşqələ.

Təlimçimiz Yalçın Əmirbəyovdur.

Təlimin qiyməti korporativ tələbin forması əsasında formalaşır.

Təlimin cədvəli sifarişçinin tələbinə əsasən formalaşır.

  • Təchizat sisteminin komponentlərini , sistemlerinin və metodlarının öyrənilməsi
  •  Təchizat sistemi  komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəmi
  •  Optimal şəkildə təchizat sisteminin təşkili