Tender və müqavilələrin təşkili və idarə edilməsi

Tender və müqavilələrin təşkili və idarə edilməsi



Business Management School sil-silə olaraq Təchizat Zəncirinin İdarə Edilməsi Təlimləri təşkil edir. Təlimlərdə Təchizat Zəncirinin 4 əsas hissəsi,

1) Təchizat Sistemi- Satınalma modulu

2) Tender və Müqavilələr modulu

3) Logistika ( Gömrük ) modulu

4) Anbar Ehtiyyatlarının İdarə Edilməsi modulu

Hər bir modul ayrı ayrılıqda tək konsept olaraq tədris olunur. Lakin bu tək konsept təlimlər korporativ sifariş əsasında təşkil edilir.
Həmçinin Tender və müqavilələrin təşkili və idarə edilməsi ayrıca bir mövzu olaraq əhəmiyyət kəsb edir. Bir çox şirkətlərdə tenderlərin təşkil edilməsi, tender anlayışı, dövlət satınalma haqqında qanun və şirkət prosedurları haqqında biliklər çox azdır və bu sahədə kadr çatışmazlıqları var. Bu sahədə problemlərin optimallaşdırılması əsas mövzulardan biridir. Bu üzdən, biz həmin şirkətin problemlərini, problemlərin həlli istiqamətində tələbləri öyrənərək onlara bu yöndə təlim konsepti yaza bilərik. Yəni təlimin konsepti və müddəti hər şirkətə görə dəyişə bilər.
Tender və müqavilələrin təşkili və idarə edilməsi üzrə ümumi konseptimiz aşağıdakı kimidir. 

✔ Tenderlər və müqavilələrin idarə edilməsi 

 

  1. Danışıqlara hazırlaşma və strategiyanın qurulması;      
  2. Çek-list(Yoxlama sənədi);
  3. Tender anlayışı, əhəmiyyəti və satınalma prosesində faydası;
  4. Dövlət Satınalmaları haqqında qanun və şirkətin prosedurları;
  5. Tender növləri və onların fərqləri;
  6. Tender komitəsi və onun tərkibi;
  7. Tender sorğusunun spesifikasiyası;
  8. Tenderin icra vaxtı və son möhlət tarixi (deadline);
  9. RFI (Məlumat barədə sorğu), hazırlanması, standartlaşdırılması;
  10. BEF (Bidder evaluation form – İştirakçının seçimi) – hazırlanması və qiymətləndirilməsi;
  11. RFT (Tender sorğusu), sənədləşmənin hazırlanması;
  12. RCA (Recommendation contract Award – Müqavilə üçün Partnerin seçimi, mərhələsi, hazırlanması, qiymətləndirilməsi, məlumatlandırılması;
  13. Tender prosesində risklər;
  14. Tenderin satış/təchizatçı tərəfindən iştirakı və anlayışı;
  15. Praktiki məşğələ;
  16. Razılaşma və müqavilə, çərçivə müqaviləsi, fərqlər;
  17. Müqavilə tipləri;
  18. Əsas maddələr və Müqavilənin strukturu, şrift, ölçülər, nömrələmə - Müqavilənin forması;
  19. Əlavələr , Təchizat Sifarişlərinin tərtib edilməsi (Razılaşma protokolunun mənası);
  20. Müqavilələrin qeydiyyatı və idarə edilməsi;    
  21. Müqavilənin icrası və podratçının qiymətləndirilməsi;
  22. Təsdiqlənmiş müqaviləyə dəyişikliklər;
  23. Müqavilə nümunələri;
  24. Praktiki məşğələ;

Təlimçi Vüqar Həsənov

 

Təlimin qiyməti korporativ tələbin forması əsasında formalaşır.

Təlimin cədvəli sifarişçinin tələbinə əsasən formalaşır.

  •  Effektiv tender prosesinin təşkili
  •  Tender riskləri və onların düzgün kontrol edilməsi
  •  Müqavilələrin effektiv şəkildə tərtib olunması
  •  Müqavilə üzrə öhdəlikələrin yerinə yütirilməsinə nəzarət (KPİ)
  •  Müqavilə mərhələsindəki risklər və onların yayınma üsulları