Logistika və Gömrük Proseslərinin İdarə Edilməsi Təlimi

Logistika və Gömrük Proseslərinin İdarə Edilməsi Təlimi



Business Management School sil-silə olaraq Təchizat Zəncirinin İdarə Edilməsi Təlimləri təşkil edir. Təlimlərdə Təchizat Zəncirinin 4 əsas hissəsi,

1) Təchizat Sistemi- Satınalma modulu

2) Tender və Müqavilələr modulu

3) Logistika ( Gömrük ) modulu

4) Anbar Ehtiyyatlarının İdarə Edilməsi modulu

Hər bir modul ayrı ayrılıqda tək konsept olaraq tədris olunur. Lakin bu tək konsept təlimlər korporativ sifariş əsasında təşkil edilir.
Həmçinin Logistika və Gömrük Proseslərinin İdarə Edilməsi Təlimi ayrıca bir mövzu olaraq əhəmiyyət kəsb edir. Bir çox şirkətlərdə Logstikann idarə edilməsi, optimallaşdırılması problemli mövzulardan biridir.Həmçinin Gömrük xidmətləri, gömrük rəsmiləşdirilməsi, elektron bəyəmnamələrin doldurulması və bu sahədə kadr çatışmazlığının olması böyük problemdir. Bu üzdən, biz həmin şirkətin problemlərini, problemlərin həlli istiqamətində tələbləri öyrənərək onlara bu yöndə təlim konsepti yaza bilərik. Yəni təlimin konsepti və müddəti hər şirkətə görə dəyişə bilər.
Logistika və Gömrük Proseslərinin İdarə Edilməsi üzrə ümumi konseptimiz aşağıdakı kimidir.

 Çatdırılma və nəqliyyat logistikası/ Gömrük Qanunvericiliyi

 

  1. Azərbaycan Respublikasının və dünya logistika xəritəsi
  2. Çatdırılma və nəqliyyat logistikasının əsas iştirakçıları (asosiasiyalar, ekspeditorlar, daşıyıcılar, agentlər)
  3. Daşınmaların növləri  (onların xüsusiyyətləri, üstünlüklər və mənfi cəhətlər, konsolidasiyalar, daşınmalarda qənaətli            və səmərəli istifadə, tövsiyələr və praktiki məsləhətlər)          
  4. İncoterms, növləri və istifadə olunması qaydaları
  5. Beynəlxalq yük daşınmaların qaydaları. Daşınmalarda tələb olunan sənədlər və onların doldurma qaydaları
  6. Beynəlxalq yük daşınmalarında yüklərin klassifikasiyası
  7. Beynəlxalq yük daşınma prosesində tərəflərin daha operativ və peşəkar  işləməsinin təmin edilməsi yolları
  8. Gömrük qanunvericiliyi
  9. Gömrük orqanların fəaliyyəti və gömrük nəzarəti
  10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə daxil olan strukturlar 
  11. Gömrük prosedurları və xüsusi gömrük prosedurları
  12. Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının sinifləşməsi və eyniləşdirilməsi
  13. Gömrük tarifi və rüsumları, Malların gömrük dəyərin formalaşması,
  14. Gömrük ödənişləri, gömrük borcunun hesablanması
  15. Gömrük rəsmiləşdirilməsi, gömrük nümayəndəliyi və broker xidmətləri
  16. Gömrük rəsmiləşdirilməsinə tələb olunan bütün sənədlər
  17. Bəyanetmə və elektron bəyənetmə, gömrük bəyannamələrinin doldurulma qaydaları 
  18. Gömrük ekspertizası; Nəzərətdə olan mallar
  19. Praktiki məsələ

Təlimçimiz Məhəmmməd Quliyev

Təlimin qiyməti korporativ tələbin forması əsasında formalaşır.

Təlimin cədvəli sifarişçinin tələbinə əsasən formalaşır.

  • Transport "Incoterm"lərin öyrənilməsi
  •  Logistik planlaşdırılma ve nəqliyyatın idarə olunması (Logistik menecement)
  •  Dəniz Limanlarının önəminin öyrənilməsi
  •  Nəqliyyat infrastrukturlarının təchizat zəncirinə təsiri.
  •  Gömrük Qanunvericiliyi,Gömrük Orqanlarının fəaliyyəti və Gömrük nəzarəti
  •  Gömrük əməliyyatlarının səmərəli təşkili və idarə edilməsi