Maliyyə Cədvəllərinin Analizi Təlimi

Maliyyə Cədvəllərinin Analizi Təlimi



 "Business Management School"un uğurlu təcrübəsinə əsaslanaraq 3-cü dəfə Bank sahəsində " Maliyyə Cədvəllərinin Analizi Təlimi" təlimini elan edir!

Təlim kimlər üçün nəzərdə tutulur

* Kredit mütəxəssiləri və menecerləri (Mikro, SME, Biznes kredit mütəxəssi üzrə işləyənlər və işləmək istəyənlər)
* Filial rəhbərləri və kredit üzrə struktur rəhbərləri
* İnvestitsiya menecerləri
* Biznesin təhlili üzrə mütəxəssilər

 

Təlimin qısa xülasəsi 

Maliyyə Cədvəlləri və onların növləri 
Bu bölümdə əsas maliyyə hesabatları olan Balans, Mənfəət və Zərər və Pul Axını hesabatları öyrəniləcəkdir. Hesabatların mahiyyəti öyrəniləcək və hər bir hesabatın maddələri eləcədə alt maddələri ətraflı izah ediləcəkdir. Hər bir hesabatın hazırlanması istiqamətində örnəklər veriləcəkdir.

 

Maliyyə Cədvəllərinin Analizi metodları
Bu bölümdə əsas maliyyə hesabatları olan Balans və eləcədə Mənfəət və Zərər hesabatları üzrəində müxtəlif metodlarla təhlillərin aparılması öyrədiləcəkdir. İlk öncə Horizontal (üfüqi), Vertikal (şaquli) və Trend (meylllilik) analiz metodlarının mahiyyəti başa salınacaqdır. Hər bir metodun tətbiqi üzrə mərhələlər addım-addım izah ediləcəkdir. Bu metodların tətbiqi nəticəsində əldə ediləcək nəticələr izah ediləcəkdir. Daha sonra əsas analiz metodu olan Rasyo (nisbət, əmsal) Analizinin mahiyyəti başa salınacaq və bu metodun tətbiqi üzrə metodoligiya ətraflı izah ediləcəkdir.Rasyo analizinin təməlləri sayılan Likvidlik, Maliyyə, Əməliyyat və Mənfəətlilik əmsalları və onların alt əmsalları öyrəniləcəkdir.  Metodun tətbiqi nəticəsində əldə ediləcək nəticələr və onların faydaları ətraflı izah ediləcəkdir.

 

Pul Axını Hesabatları və onların hazırlanması
Bu bölümdə əsas maliyyə hesabatlarından biri olan Pul Axını hesabatının Birbaşa (direct) və dolayı (indirect) metodlar ilə hazırlanması öyrədiləcəkdir. Hər bir metodun tətbiqi üzrə örnəklər veriləcəkdir. Daha sonra uzunmüddətli layihələr üzrə proqnoz Pul Axını hesabatının hazırlanması üzrə real nümunələr veriləcəkdir.

 

Təlimin mündəricatı

 

 

     1. Maliyyə cədvəlləri :

  • 1.1 Balans hesabatı – 4 saat
    Bü bölmədə balansın strukturu, tərtib edilməsində məqsəd və balansın maddələri izah ediləcək və əldə edilmiş biliklər praktiki tapşırıqlarla bərkidiləcək.

  • 1.2 Mənfəət və zərər hesabatı – 4 saat
    Bü bölmədə mənfəət və zərər hesabatının (MZH) strukturu, tərtib edilməsində məqsəd, əlavə dəyər marjasının hesablanması izah ediləcək və əldə edilmiş biliklər praktiki tapşırıqlarla bərkidiləcək.

  • 1.3 Nağd pul axını hesabatı (Cash flow) – 4 saat
    Bü bölmədə Nağd pul axını hesabatı (Cash flow), tərtib edilməsində məqsəd, mədaxil və məxaric mənbələri izah ediləcək və əldə edilmiş biliklər praktiki tapşırıqlarla bərkidiləcək

     

     2. Maliyyə təhlili:

  • 2.1 Çarpaz yoxlama – 2 saat
    Maliyyə cədvəllərinin qurulması və çarpaz yoxlama vasitəsi ilə cədvəldəki məlumatlarının doğruluğunun yoxlanılması.

     3. ​​​​​​Maliyyə əmsalları :

  • 3.1 Müxtəlif maliyyə əmsallarının izahı – 2 saat
    Likvidlik, mənfəət, fəaliyyət və digər maliyyə əmsallarının izahı, tərtib edilməsin də məqsəd.

 

    4. Nağd pul axını hesabatının (Cash flow) növləri:

  • 4.1 Nağd pul axını hesabatının tərtib edilməsi metodları və proqnoz – 2 saat
    Nağd pul axını hesabatının direct və indirect metodla tərtibi, proqnozun qurulması və proqnozun məqsədi.  

Təlimçi :  Etibar İsrafilov

Təhsil: 


2013 -  2015         Xarkov Dövlət Ticarət və Qida Universiteti (Magistratura) -Əmtəəşünaslıq və Gömrük ekspertizası

 2001 - 2005         Azərbaycan Dövlət İqtisad Universiteti - Kommersiya fəaliyyəti fakültəsi

 

İş təcrübəsi:

Avqust 2017 –Hal hazırda  
Dəmirbank ASC , Problemli Kreditlər Departamenti

  • Yığım üzrə interaktiv əlaqə mərkəzinin müdiri

 

November 2016 – Iyul 2017  
Nikoil Kommersiya Bankı ASC ,  Korporativ Biznes Departamenti

  • Təhlil şöbəsinin müdiri

 

May 2016 – Noyabr 2016      
Alman Azərbaycan Fondu (GAF, KfW), Sparkassenstiftüng für İnternational Kooperation (SBFIC)

  • Maliyyə savadlılığı üzrə təlimçi

 

Yanvar 2016 – May 2016       
IPC – İnternationale Projekt Consult GmbH - Şəkərbank Türkiyə

MSE maliyyə eksperti,  

 

Sentyabr 2014 – Yanvar 2016  
NAB Holding,  TCF BOKT ASC

  • Kredit Departamenti  -Satışa dəstək şöbəsi - Şöbə müdiri
     

Yanvar 2014 – Sentyabr 2014  
NAB Holding, Qafqaz Leasing ASC

  • Biznes Lizinq Departamenti  - Mikro lizinq şöbəsi  - Şöbə müdiri

 

Oktyabr 2013 –  2017   
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC)

  • Ekspert

 

Fevral 2012 – Dekabr 2013           
Dəmirbank ASC   -  Baş ofis

  • İnsan Resursları Departamenti - Təlim və İxtisasartırma şöbəsi  -Şöbə müdiri

                                                          

Yanvar 2010 - Yanvar 2012            
Dəmirbank ASC   -   Baş ofis 

  • Kredit Departamenti  -   Kredit meneceri

                          

Oktyabr 2008 – Dekabr 2009          
Dəmirbank ASC ,  Baş ofis

  • Kredit Departamenti  -  Mikro kreditlər şöbəsi  - Aparıcı kredit mütəxəssisi                                                   

 

Oktyabr 2006 – Sentyabr 2008  
Dəmirbank ASC ,   Əməliyyat İdarəsi filialı 
  • Fiziki şəxslərlə iş şöbəsi  - Kredit mütəxəssis

 

Fevral 2006 - Oktyabr 2006 
Dəmirbank ASC      Sabunçu, Xətai və Mərkəz filialları
  • Mikro kreditlər üzrə mütəxəssis

                                                                                                                        

 Dekabr 2005 – Fervral 2006           

Alman Azərbaycan Fondu (GAF, KfW), Sparkassenstiftüng  für İnternational  Kooperation (SBFIC

  • Mikro kreditlər üzrə mütəxəssis                                                  

 

Treninqlər:

 

Noyabr 2013           

“Təlimçilər üçün təlim: Gender Həssaslığı Çalışmaları“     
AMFA, EBRD, Frankfurt School of Finance & Management)
 

Oktyabr 2013           
“Insan Resurslarının İnkişafı və Liderlik: Gender bərabərliyi üçün IR təcrübəsi        
(AMFA, EBRD, Frankfurt School of Finance & Management)
 

İyun 2013                 
“Müasir dərsdemə metodları“
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC)
 

Dekabr 2012            
“Ümumi idarəetmə“
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC)
 

İyun 2012                 
“Service Quality School“
Express Group
 

May 2012                  
“Liderlik“

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC)
 

Mart 2012                
“Korporativ idarəetmə“
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC)
 

Mart 2012                
“İR fəaliyyəti (İşə qəbul və müsahibələrin aparılması; Xidməti fəaliyyətin qiymətləndirilməsi; Motivasiya)“
GDG Professionals
 

Fevral 2012             
“Təlimçilər üçün təlim“
GDG Professionals

İyun 2010                 

Təlimçi, KOM kredit texnologiyası, D kateqoriyası”
Alman Azərbaycan Fondu (EBRD, SBFIC) 
 

Oktyabr 2009           
“KOM kredit meneceri”
Alman Azərbaycan Fondu (EBRD, SBFIC)
 

İyul   2009                
“KOM-in kreditləşməsi üçün kredit analizləri”
təlim kursu (USAID)
 

İyun   2007               
“Kiçik və orta müəssisələrin kreditləşməsi” təlim kursu
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC)

Dekabr 2005            
 “KOM-in kreditləşməsi”Alman Azərbaycan Fondu
(GAF, SBFIC, ABTC)

 

✔ Təlimin qiyməti:  250 AZN


- “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
- Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %,  3 və daha artıq əməkdaşın iştirakı  nəzərdə    
  tutularsa  hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
- Tələbələr üçün endirim 5 % nəzərdə tutulub.  

✔ Təlim ödənişini nağd və şirkətimizin bank hesabına köçürmə yolu ilə həyata keçirə bilərsiniz

 

✔ Ödənişə daxildir:

 

-Təlim materialları
-İştirak barədə sertifikat
-Çay – kofe fasiləsi

✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. 
Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar "müvəffəqiyyət" sertifikatı ilə təltif olunacaqdır.

✔ Təlimin keçiriləcəyi gün və saatlar:

23 Yanvar  -19:00-21:00
26 Yanvar  -19:00-21:00
28 Yanvar  -14:00-18:00
30 Yanvar  -19:00-21:00
02 Fevral   -19:00-21:00
04 Favral   -14:00-18:00
06 Fevral   -19:00-21:00


Təlim müddəti ümumi 18  saatdır.

 

Təlimdən əldə ediləcək nəticələr
- Maliyyə cədvəlləri və onların növləri
- Maliyyə hesabatlarının hazırlanması
- Balans, Mənfəət və Zərər, Pul Axını hesabatları
- Maliyyə cədvəllərinin analizi metodları
- Horizontal, vertikal və trend analiz metodları
- Maliyyə əmsalları və dəyərləri
- Pul axınlarının hazırlanması və proqnozu