Mühasibatlıq Təlimi

Mühasibatlıq Təlimi



"Business Management School" MMC olaraq zəngin təlim təşkilatçılığı təcrübəmizə əsaslanıb "Mühasibatlıq" təlimlərinə start veririk. Ətraflı araşdırma edərək hazırladığımız yeni və əhatəli konsepti və peşəkar təlimçisi ilə bu təlim ehtiyaclarınıza tam cavab verəcək. 

 

✔ Təlimdə kimlər iştirak edə bilər?

- Mühasib olmaq istəyənlər
- Mühasib asistentləri
- Mühasiblər
 

✔ Nə üçün bu təlim?

Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.

1-ci həftə    (6 saat)

Mühasibat uçotu anlayışı və metodları

  • Uçotun növləri:təsərrüfat uçotu, mühasibat uçotu və statistik uçot
  • Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti, istifadə səbəbləri
  • Mühasibat uçotu metodlarının öyrənilməsi və təhlili
     

2-ci həftə (6 saat)

İlkin sənədlər, mühasibatlıq hesabları və ikili mühasibat yazıları

  • Sənədlərin anlayışı, növləri və istifadə qaydaları
  • Mühasibat hesablarının anlayışı
  • İkili mühasibatlıq yazılarından istifadə qaydaları və səbəbləri

 

3-cü həftə (6 saat)

Aktivlərin anlayışı, uzunmüddətli aktivlər və onların növləri

  • Uzunmüddərli aktivlər, növləri, amortizasiyası
  • Amortizasiyanınmetodları,metodlardanistifadə və metoddəyişimi
  • Aktivlərin kənarlaşması və yenidən qiymətləndirilməsi
  • Qeyrimaddi uzunmüddətli aktivlər, təhqiqat və təcrübə-kontruktor xərcləri

 

4-cü həftə (6 saat)

Qısamüddətli aktivlər və növləri

  • Qısamüddətli aktivlərin anlayışı, növləri və uçotu
  • Malmaterial uçotu, satışın maya dəyəri, materialın silinməsi uçotunun metodları
  • Debitor borclarvə  ümidsiz debitor borclar

 

5-ci həftə (6 saat)

 Kapital, kapitalın növləri, öhdəliklər və əsas  maliyyə elementləri

  • Kapitalın anlayışı, növləri, birbirindən fərqləri və istifadə təyinatları
  • Öhdəliklər və onların növləri növləri
  • Maliyyə bərabərliyinin əhəmiyyəti və bu bərabərliyin əsas elementləri

 

6-cı həftə (6 saat)

  İdarəetmə uçotu anlayışı, gəlirlər və xərclərin növləri

  • İdarəetmə uçotunun mahiyyəti, istifadə səbəbləri və üstünlükləri
  • Xərclərin növləri, dolayı məsrəflərin maya dəyəri üzərinə bölüşdürülməsi metodları
  • Büdcə , hazırlanması və icrasına nəzarət
  • Kapital xərcləri və gəlir xərcləri

 

7-ci həftə (6 saat)            

Vergi uçotu anlayışı, təşkilatların vergi uçotu və vergi qanunvericiliyi

  • Verginin anlayışı, növləri, obyekti və ödəyiciləri
  • Vergi uçotunun mahiyyəti, vergi risklərinin aradan qaldırılması
  • Vergi qanunvericiliyi, hesabatların hazırlanması və bəyannamələrin zamanında təqdim edilməsi

 

8-ci həftə  (6 saat)

 Maliyyə hesabatlarının anlayışı, məqsədi və hazırlanması

  • Maliyyə hesabatı anlayışı
  • Maliyyə vəziyyəti haqqında hesabat
  • Mənfəət zərər hesabatı
  • Kapitalın dəyişimi hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatı

Təlimçi: Rəsul Əliyev 

İş Təcrübəsi:

✔ “Sərvan Təmir-Tikint”  MMC  / Bakı, Azərbaycan             05.01.2010-13.05.2012
Vəzifə   -    mühasib

✔ “Spark”  MMC    /   Bakı, Azərbaycan                              13.05.2012-hal-hazıradək
Vəzifə   -   maliyə mütəxəssisi     

✔ “İnternational Consulting Group” MMC          Bakı, Azərbaycan 01.01.2015-hal-hazıradək

Vəzifə- Auditor

✔ “İnternational Consulting Group” MMC-də auditor olaraq aşağıdakı funksiyaları yerinə yetirirəm:

  • mühasibatlıq və vergi məsləhətlərinin verilməsi
  • mühasibatlıq yoxlamalarının aparılması
  • müəssisə üçün müvafiq mühasibatlıq proqramının seçilməsi, qurulması vəsistemin işlək hala salınması  
  • maliyyə və vergi hesabatlarının hazırlanması
  •  dövlət orqanlarında müəssisəni təmsil edilməsi və  orqanlarda yaranmış problemlərin həll olunması
  • müəssisənin auditinin edilməsi

 

✔ "İnternational Consulting Group" MMC-də aşağıdakı müəssisələrdə qeyd olunan xidmətləri göstərirəm.

- Xəzər-1 Firması (Green City)-2013-cü, 2014-cü,2015-cii və 2016-cı illər üçün   maliyyə hesabatlarının hazırlanması və auditin edilməsi.

- Elad MMC- aylıq mühasibatlıq hesablarının yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması, auditin edilməsi.

- ARTİ İnşaat Dizayn MMC- aylıq mühasibatlıq və audit xidmətlərnin göstərilməsi, mühasibatlıq proqramının quraşdırılması və əməliyyatların düzgün işlənilməsinə nəzarət

- Türkaz Çınqıl MMC- aylıq maliyyə, mühasibatlıq məsləhətlərinin verlməsi, hesabların yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması

 

✔ Təlim ödənişlidir. 48 saatliq təlimin ödənişi 390 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk 

✔ 20 Avqust 2017-ci il tarixinə kimi ilkin ödəniş edərək qeydiyyatın rəsmiləşdirən hər kəsin təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir! 

✔ "Busienss Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.

✔ Təlimin ümumi həcmi 48 saatdır. 48 saat 2 ay ərzində tədris ediləcəkdir.

1-ci ay

06 Sentyabr (3-cü gün) 19:00 - 21:15 (2 saat)
09 Sentyabr (6-cı gün)  14:00 - 18:15 (4 saat)
13 Sentyabr (3-cü gün)  19:00 - 21:15 (2 saat)
16 Sentyabr (6-cı gün)   14:00 - 18:15 (4 saat)
20 Sentyabr (3-cü gün)  19:00 - 21:15 (2 saat)
23 Sentyabr  (6-cı gün)   14:00 - 18:15 (4 saat)
27 Sentyabr (3-cü gün)  19:00 - 21:15 (2 saat)
30 Sentyabr (6-cı gün)   14:00 - 18:15 (4saat)

2-ci ay

04 Oktyabr (3-cü gün) 19:00 - 21:15 (2 saat)
07 Oktyabr (6-cı gün) 14:00 - 18:15 (4 saat)
11 Oktyabr (3-cü gün) 19:00 - 21:15 (2 saat)
14 Oktyabr (6-cı gün)  14:00 - 21:15 (4 saat)
18 Oktyabr (3-cü gün) 19:00 - 21:15 (2 saat)
21 Oktyabr (6-cı gün)  14:00 - 21:15 (4 saat)
25 Oktyabr(3-cü gün) 19:00 - 21:15 (2 saat)
 

 

✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.