Bakı şəhəri, Kral Hüseyn küç 60

HR Assistent Təlimi

HR Assistent Təlimi

Ümumi Məlumat

"Business Management School" MMC olaraq 0-dan başlayanlar üçün "HR Assistent" təliminin növbəti offline sessiyasının qeydiyyatına başlayırıq.

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

Təlim hazırda yalnız offline formatda keçirilir.

Təlimin Mündəricatı

 

I Modul: İnsan Resurslarının İdarə Edilməsi    
Təlimçi: Yeganə Nəsibova
I dərs: İnsan resurslarının idarə edilməsi
1İRİE nədir, məqsədi və hədəfləri
2Müasir dövrdə İRİE-nin rolu və təkamülü
3İRİE-nin modulları və onlar arasında qarşılıqlı əlaqə
4İRİE-nin hüquqi əsasları (nizamanmə, əsasnamə, daxili davranış prosedurlarının hazırlanması)
5İRİE üzrə mütəxəssisin səriştəlikləri
II dərs: İşə qəbul və adaptasiya
1İR planlamanın zərurəti
2İşəqəbul sisteminin strukturu
3Vakansiyanın idarəolunması ( elanın hazırlanması, namizəd axtarış kanalları, CV screening
4Müsahibələrin keçirilməsi (hazırlıq, texnikaları, namizədin qiymətləndirilməsi, davranış qaydaları, mərhələləri )
5İşçi adaptasiyasının düzgün tənzimlənməsi
III dərs: Xidməti fəaliyyətin idarə olunması və karyera inkişafı
1XFİ anlayışı, ənənəvi və modern qiymətləndirmə metodları,  və sistemin qurulmasında məqsəd
2XFİ metdoları ( 360 dərəcə, MBO, BARS, qiymətləndirmə mərkəzi metodu)
3XFİ nəticələrinin idarəolunması
4Fərdi inkişaf planı
5Strateji vəzifələr üzrə əvəzedicilərin yetişdirilməsi
IV dərs: Təlim və inkişaf
1Təlim və inkişaf modulunun əhəmiyyəti
2Təlim ehtiyaclarının müəyyən edilməsi
3Təlim planının hazırlanması, həyata keçirilməsi və nəzarət
4Effektivliyin ölçülməsi
V dərs: İşçi bağlılığının yaradılması, mükafatlandırma və motivasiya
1İşçi bağlılığının mahiyyəti və təkan verən amillər
2İRİE mütəxəssislərinin işçi bağlılığında rolu
3İşçi bağlılığını artıran fəaliyyətlər
4Maddi və qeyri-maddi motivasiya
5Motivasiya nəzəriyyələri
                                                                                        HR LAB (4 saat)                                                                                        
Mentor: Ayşən Allahverənova
1Tədris edilən mövzuların praktiki misal və məsələlər ilə möhkəmləndirilməsi
II Modul: Əmək Qanunvericiliyi və Sənədləşmə 
Təlimçi: Aysel Şıxəliyeva
 I dərs
1Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqqında məlumat
2Əmək münasibətlərinin tərəfləri
3Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri
4Sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar
5Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (Elektron hökumət portalında iş)
6Əmək kitabçası və onun doldurulma qaydaları
7İşçinin “şəxsi işi”nin tərtibi
8Əmək müqaviləsinə dəyişikliklərin edilməsi, başqa işə keçirmə
9Əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi
10Əvəzçilik üzrə əmək müqaviləsi
11Başqa işçinin əmək funksiyasının icrası
II dərs
1ƏMAS-da praktiki məşğələ
2İş və istirahət vaxtı anlayışı
3İş vaxtının normaları (tam, qısaldılmış, natamam)
4İş vaxtının cəmlənmiş uçotu
5Gecə vaxtı işin müddəti
6İş vaxtından artıq iş
7İstirahət və iş günü hesab edilməyən günlərdə işə cəlb olunma
8Məzuniyyətin növləri və onların rəsmiləşdirilməsi
9Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası
 III dərs
1Əmək müqaviləsinə xitam verilməsinin əsasları və xitamın sənədləşdirilməsi
2İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası
3İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
4Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
5Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
6Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
7Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
8Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları
                                                    HR LAB (4 saat)                                                   
Mentor: Ayşən Allahverənova
1
Tədris edilən mövzuların praktiki misal və məsələlər ilə möhkəmləndirilməsi

Təlimin ödənişi

Təlim ödənişi: 32 saatlıq offline təlimin  ödənişi 370 AZN olaraq təyin edilmişdir.

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (elektron)
- Nəticə imtahan və iştirak barədə sertifikat
- Çay - kofe fasiləsi

Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduğu təqdirdə 5%, 3 və daha artıq iştirakçı qoşulduqda isə 10% endirim tətbiq olunur.

Sertifikat: Sonda 2 sertifikat verilir.
1. Təlimin ümumi müddətinin 80%-də iştirak edən hər kəs iştirakçı sertifikatı ilə təltif olunacaqdır.
2. Təlimin hər iki modulunun sonunda imtahan təşkil ediləcək.Yekun nəticəsi 70%+ nəticə göstərən şəxslər müvəffəqiyyət sertifikatı əldə edəcəklər.

"HR Assistent" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır. 


Təlimin cədvəli

 

 

 

 

Qeydiyyat