
İnsan Resurslarının İdarə Edilməsi Təlimi
Ümumi Məlumat
“Business Management School” MMC olaraq "İnsan Resursları" sahəsindəki ən iri həcmli təlimimiz olan, 33 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "İnsan Resurslarının İdarə Edilməsi" təliminə 08 fevral 2023-ci il tarixindən etibarən 34-cü dəfə start verəcəyik.
Təlim kimlər üçün nəzərdə tutulub?
- İnsan Resursları üzrə mütəxəssis, menecer və rəhbərlər
- İşə qəbul üzrə mütəxəssis, menecer və rəhbərlər
- Təlim və İnkişaf üzrə mütəxəssis, menecer və rəhbərlər
- İnsan Resursları əməliyyatları üzrə mütəxəssis, menecer və rəhbərlər
Bu təlimdə iştirak etmək sizə nə qazandıracaq?
- İnsan Resurslarının İdarə Edilməsi üzrə aşağıdaki funksiyalarını dərindən mənimsəyərək öyrənəcək, bu istiqamətdə praktiki vərdişlərə yiyələnəcəksiniz;
- İnsan resurslarının təşkilatlanması
- İnsan resurslarının planlaması
- İşə qənbul və seçim mərhələsi
- Adaptasiya sisteminin qurulması
- Xidməti fəaliyyətin (performansın) idarə edilməsi
- Təlim və inkişaf sisteminin qurulması
- Karyera və istedadların idarə edilməsi sisteminin qurulması
- Məvacib strukturunun qurulması
- Motivasiya (maddi və qeyri maddi) sisteminin qurulması - Hər biri İnsan Resursları idarəçiliyi üzrə 20 ildən çox mütəxəssis və rəhbər təcrübəsinə sahib 4 peşəkar təlimçinin bilik və təcrübələrini öyrənmə imkanı əldə edəcəksiniz.
- Təlim sonunda təlimçilərin rəyləri və imtahan nəticələri əsasında ən parlaq iştirakçılar seçilərək istedadlar hovuzuna daxil ediləcəklər. İstedadlar hovuzunun üzvləri təlim bitdikdən sonra təlimçilərimizdən 2 ay müddətinə mentorluq xidməti alacaq, təlimçilərimizin və Business Management School-un xüsusi referansını alma imtiyazı əldə edəcəklər. Eyni zamanda tərəfimizdən onlar üçün xüsusi ödənişsiz təlim və seminarlar təşkil edilərək daha çox inkişafları təmin ediləcəkdir.
- Təlim sonunda keçiriləcək imtahanda 70%-dən yüksək nəticə göstərənlər Müvəffəqiyyət Sertifikatı ilə təltif ediləcəklər.
Sertifikat
1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.
Təlimin Mündəricatı
Modul 1: İRİE sisteminin qurulması (8 saat) Təlimçi: Elnur Hüseynov | |
1 | İR ümumi anlayış |
2 | İR-nin formala şması (İR fəlsəfəsi və nəzəri əsaslı) |
3 | İR Strateji və əməliyyat səviyyəsində |
4 | İR İnkişafı, biznes ilə əlaqələndirilməsi |
5 | İR Modelləri |
6 | Təşkilati Struktur və İR strukturu ilə əlaqələndirilməsi, Öyrənən müəssisə konsepti |
7 | Korporativ mədəniyyət və İR-nin rolu |
8 | İR sisteminin qurulması üçün tələb olunan elementlər və komponentləri |
9 | Misyon, vizyon, dəyərlər, hədəflər, səriştə, öyrənmə ehtiyacları, vəzifə təlimatları, metriklər, qiymətləndirmə meyarları və digər elementləri bütün İR funksiyaları ilə əlaqələndirilməsi |
10 | Tapşırıq və suallar |
Modul 2: İnsan resurslarının planlaşdırılması (4 saat) Təlimçi: Pərviz Qasımov | |
1 | İnsan Resurslarının planlaşdırmasının əhəmiyyəti |
2 | İRP-nın Biznes Planındakı yeri |
3 | Sərt və yumşaq (Hard & Soft) planlaşdırma |
4 | Ssenari Planlaşdırılması və PEST yanaşma |
5 | Tələb təklif proqnozu |
6 | İşçi dövriyyəsi indeksi və İRP təsiri |
7 | Nisbət trend analizləri |
8 | Stabillik indeksi |
9 | Davamiyyət indeksi |
10 | Davamiyyətin idarə olunması |
11 | İxtisarların idarəolunması |
12 | İnsan Resurları Planlaşdırılmasından Strateji Planlaşdırılmaya keçid |
Modul 3: İşə qəbul və seçim mərhələləri (10 saat) Təlimçi: Şamo Mürşüdov | |
1 | Təşkilat bir sistem kimi |
2 | Şirkət daxili insan amilinin təhlili "uğurlu əməkdaşın profili" |
3 | Korporativ mədəniyyət peşəkarların cəlb edilməsi üçün bir amildir. Şirkət daxili korporativ mədəniyyətin təhlili |
4 | Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir |
5 | Təşkilatda namizəd seçiminin strateji planlaşdırılması |
6 | İşə qəbul prosesi |
7 | Əsas anlayışlar; reseçinq, rekrutinq, birbaşa axtarış, xedxantinq (head hunting) - üstünlükləri və mənfi tərəfləri |
8 | İşçi axtarışı üçün seçim üsullarının düzgün seçimi |
9 | Voronka sistemi |
10 | İşə qəbulun proqnozlaşdırılması |
11 | Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili |
12 | Müsahibəyə qədər seçim |
13 | Keyfiyyətli müsahibənin keçirilməsi |
14 | Müsahibədən sonra namizədin qiymətləndirilməsi |
15 | Şirkətin imici üçün insan resursları üzrə mütəxəssisin görəcəyi addımlar |
16 | Rekrutinq prosesinin avtomatlaşdırılması texnologiyası |
17 | Axtarış, görüləcək ilkin addımlar |
18 | Yaranmış vakansiyaların təhlili |
19 | Vakansiya üzrə insan resurslarına sifariş verən birbaşa rəhbərin və şirkətin tələbləri |
20 | Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin hazırlanması qaydaları (soft skills, hard skills) |
21 | Namizədin axtarışı üçün şirkət daxili və xarici tələblərin analizi |
22 | Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list) |
23 | İş elanlarının hazırlanması |
24 | Vakansiyanın yerləşdiriləcəyi və namizədlərin seçimi üçün kanalların düzgün seçimi |
25 | Eyni vaxtda yaranmış çoxlu sayda vakansiyalara namizəd axtarışı üçün nə etməli və hansı səhvlərə yol verilməməli |
26 | Şirkətini iş bazarında bir brend olaraq necə formalaşdırmalı və bunu uzun müddətli necə qoruyub saxlamalı |
27 | Aşağı əmək haqqı və ya əmək haqqı təklif olunmayan (faizlə) vakansiyalar üçün namizəd axtarışını harada aparmaq və namizədləri necə cəlb etmək |
28 | Aşağı əmək haqqı ilə daha yüksək tələblərlə namizəd axtarışı zamanı nə etməli və namizədləri haradan necə tapmalı mexanizimləri |
29 | Müsahibəyə hazırlıq |
30 | Daxil olan anket bazasında profilə uyğun namizədlərin ilkin seçimi |
31 | Anketlər arasında namizədlərin düzgün seçimi üçün əsas qayda |
32 | Çoxlu sayda daxil olan anketlərin operativ və keyfiyyətlə seçimi üçün mexanizim |
33 | Aktual vakansiya üçün uyğun gəlməyən namizədlərin anketləri ilə nə etməli? |
34 | Namizəd bazasının düzgün yaradılması və gələcəkdə necə istifadə edilməli |
35 | Müsahibəyə hazırlıq və müsahibədə iştirak edəcək digər məsul şəxslərin hazırlığının təşkili |
36 | Müsahibənin həyata keçirilməsi zamanı təşkilatı işlər (buraxılan səhvlər) |
37 | Müsahibə növləri |
38 | Yerli bazarda istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi tərəfləri) |
39 | Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (müsbət və mənfi tərəfləri) |
40 | Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri) |
41 | Namizədin bilik səviyyəsinin yoxlanılması üçün digər mexanizimlərin tətbiqi |
42 | Müsahibənin strukturu |
43 | Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir sistemlərin tətbiqi və idarə edilməsi |
44 | Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları |
45 | Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları |
46 | Namizədlərin düzgün seçimi |
47 | Yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən keyfiyyətli metodlar |
48 | Şirkətin və müsahibə aparan şəxslərin peşəkarlığını göstərəcək addımların atılması |
49 | Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu |
50 | Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili) |
51 | Müsahibənin düzgün idarəedilməsi |
52 | Müsahibə zamanı edilən səhvlər və təhlili |
53 | Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər |
54 | Tövsiyə-xassiyətnamə |
55 | Müsahibədən sonra |
56 | Müsahibənin nəticəsi ilə bağlı qəbul olunan qərarların düzgün təhlili (buraxılan səhvlər) |
57 | Qiymətləndirmə blankları |
58 | Müsahibə nəticələrinin elektron sistemlə idarə edilməsi |
59 | Müsahibə nəticəsində uyğun gəlməyən namizədlər gələcəkdə necə faydalı ola bilər |
Modul 4: Adaptasiya (2 saat) Təlimçi: Şamo Mürşüdov | |
1 | Sistemin məqsədi |
2 | Əhatə dairəsi |
3 | Adaptasiya sisteminin formaları |
4 | Adaptasiya sisteminin mərhələləri |
5 | Əməkdaşların kateqoriyaları və onların adaptasiya mərhələsi |
6 | Əməkdaşların gözləntiləri |
7 | Adaptasiya sisteminin qiymətləndirilməsi |
Modul 5: Səriştə Əsaslı Xidməti Fəaliyyətin İdarə Edilməsi (6 saat) Təlimçi: Pərviz Qasımov | |
1 | Missiya, Strateji baxış |
2 | XFİ Məqsədləri |
3 | XFİ Mərhələləri |
4 | İş analizi |
5 | Xidməti Fəaliyyət necə İdarə Olunmalıdır? |
6 | SMART hədəflər |
7 | Hədəflərin ağırlığı |
8 | Hədəflərin Kaskadı |
9 | Balanced Score Card |
10 | Səriştə nədir? |
11 | Səriştə Modulunun qurulması |
12 | İnam yaratma səriştəsinin dərəcələndirilməsi |
13 | Vəzifə üzrə səriştə profilinin hazırlanması |
14 | Qiymətləndirmə meyyarlarının müəyyən edilməsi |
15 | XFİ mərhələləri |
16 | 360 dərəcə qiymətləndirmə sisteminin qurulması |
17 | Səriştə üçün qiymətləndirmə suallarının hazırlanması |
18 | Performans – Potensial matrisası |
19 | Forced Distrubution Model Seqmentləşdirmə |
20 | Qiymətləndirmə nəticələrinin tətbiq edilməsi |
21 | XFİ & Mükafatlandırma |
Modul 6: Karyeranın idarəolunması (4 saat) Təlimçi: Pərviz Qasımov | |
1 | Karyeranın idarə olunmasının əhəmiyyəti |
2 | Karyeranın idarəolunmasının digər İR funksionallıqları ilə əlaqəsi |
3 | Fərdi İnkişaf planlarının hazırlanması |
4 | İstedadların idarəolunması |
5 | Performans &Potensial metodu |
6 | Davamçıların yetişdirilməsi planının idarəolunması |
7 | Strateji vəzifələrin müəyyənləşdirilməsi |
8 | Karyeranın idarəolunmasının avtomatlaşdırılması |
Modul 7: Təlim və inkişaf (4 saat) Təlimçi: Pərviz Qasımov | |
1 | “Təlim” və “inkişaf” anlayışları |
2 | Təlim və inkişafın işçilərin və şirkətin inkişafında rolu |
3 | Təlim ehtiyaclarının analiz edilməsi |
4 | Analiz növləri: Təşkilati analiz, əməliyyat analizi, fərdi analiz |
5 | Analiz metodları |
6 | Təlim metodları |
7 | Təlim metodlarının, şirkətlərinin və təlimçilərin seçilməsi |
8 | Təlim planlarının hazırlanması, həyata keçirilməsi və monitorinqi |
9 | Təlim effektivliyinin ölçülməsi |
10 | Kirk Patrick və ROİ analizləri |
11 | Təlim və inkişafın İnsan Resurslarının digər funksiyaları ilə əlaqəsi |
12 | Praktiki tapşırıqlar və qrup işləri |
Modul 8: Rəqəmsal İR və Rəqəmsal Transformasiya (4 saat) Təlimçi: Elnur Hüseynov | |
1 | Texnologiya və İR |
2 | İnsan Resursları İnformasiya Sistemlərinin tətbiqi (İRİS) və rəqəmsal transformasiya |
3 | Özünə xidmət İR portalı |
4 | Baza İR əməliyyatlarının avtomatlaşdırılması |
5 | İşə qəbul prosesinin avtomatlaşdırılması |
6 | Sosial media və şəbəkə ilə əlaqə |
7 | Performansın idarə edilməsinin avtomatlaşdırılması |
8 | E-Qiymətləndirmənin alətləri |
9 | Böyük Datanın idarə edilməsi, Süni zəka və İR |
10 | E-Öyrənmə Giriş |
11 | IR Inkişaf Texnologiyalarının qısa tarixi |
12 | E-Öyrənmə nəyi əhatə edir? |
13 | Elektron öyrənmənin dəstəklənməsi məlumatların idarə edilməsi |
14 | Konseptual Çərçivə |
15 | Təşkilati kontekst məlumatların ötürülməsi texnologiyaları |
16 | Tapşırıq və suallar |
Modul 9: Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması (8 saat) Təlimçi: Rəşad Məhərrəmov | |
1 | Əmək haqqının strateji məqsədləri və əhəmiyyəti |
2 | Əmək haqqı sistemində inteqrasiya olunmuş yanaşma |
3 | Əmək haqqı strukturunun formalaşdırılması üçün modellər |
4 | Əmək haqqı sistemində 3P konsepsiyası və Performans əsaslı əməkhaqı sisteminin qurulması |
5 | Vəzifə dərəcələndirmə və əsas prinsipləri |
6 | Vəzifə dərəcələndirmə metodlarının tətbiqi Hay metodu, JET metodu |
7 | Praktik məşğələlər |
Modul 10: Mükafat və motivasiya tədbirləri sisteminin qurulması (2 saat) Təlimçi: Rəşad Məhərrəmov | |
1 | Motivasiya nəzəriyyələri və prinsipləri |
2 | Effektiv motivasia sistemi üçün əmək haqqının idarə olunması siyasətinin formalaşdırlması |
3 | Əmək haqqı artımları üçün strategiyalar |
4 | Əmək haqqı büdcəsinin formalaşdırılması və proqnozlaşdırılması |
5 | Praktik məşğələlər |
Təlimin ödənişi
Təlimin ödənişi: 580 AZN
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
- Təlim ödənişini hissələrlə ödəmək mümkündür:
Təlimin ödənişinin 50 manatı qeydiyyatı rəsmiləşdirmək üçün öncədən ödənilir. Qalan ödənişin 1/3hisəsi təlim başlayan gün, 1/3hissəsi təlimin 2-ci ayı başlayan gün, 1/3 hissəsi isə təlimin son günü ödənilməlidir. - Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (Elektron)
- Sonda keçiriləcək imtahan
- Çay- kofe fasiləsi
- Sertifikat
Sertifikat
1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.
Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.