Bakı şəhəri, Kral Hüseyn küç 60

Layihələrin İdarə Edilməsi Təlimi

Layihələrin İdarə Edilməsi Təlimi

Ümumi Məlumat

Business Management School  beynəlxalq kvalifikasiya sertifikatlı  və zəngin iş təcrübəsinə sahib,  Peşəkar Layihə İdarəçisi Emil İsmayılxanov (PMP) təqdimatında "Layihələrin İdarə Edilməsi" Təliminin 15-ci sessiyasının qeydiyyatlarını açıq elan edirik. Təlim,  Layihə İdarəetmə İnstitunun (PMİ), PMBOK Standartı əsasında hazırlanmışdır.


Layihələr layihənin özündən daha geniş bir mühitdə baş verir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış və təşkil olunmuş fəaliyətdir. Bəzən layihənin müştəriləri və tərəfdaşları bir çox ölkələr və qitələr üzərində yayılmış ola bilər və bu da layihələrin eyni standarta görə idarəedilməsinin əhəmiyyətini bir daha vurğulayır. 

Layihələr tikinti sənayesi, memarlıq, aerokosmik , müdafiə, kompüter şəbəkələri, telekommunikasiya və bunun kimi bir çox sahələrdə icra edilir.

İştirakçılar bu təlimdə layihə idarəetmə metodlarını əsaslı bir şəkildə anlayacaqlar. Həmçinin, iştirakçılar bu metodları hər hansı bir təşkilatda, hər hansı bir layihənin müvəffəqiyyətini təmin etmək üçün dərhal istifadə edə biləcəklər və bütün dünyada qəbul olunmuş layihə idarəetmə üsulları barəsində praktiki təcrübə əldə edəcəklər.Bütün layihə dövrünü əhatə edən bu təlim, Layihə İdarəetmə İnstitutunun (www.pmi.org) layihənin müvəffəqiyyəti üçün kritik olan məlumatları birləşdirən Project Management Body of Knowledge Guide (PMBOK’ guide) əsasında qurulmuşdur. 

Bu təlimin məqsədi səmərəli bir layihə yaratmaq, idarə etmək və başa çatdırmaq üçün sizi lazımi bilik, bacarıq və üsullarla təmin etməkdir. Bu kursda iştirakçılar effektiv layihə idarəetmə təcrübələrini və həmin təcrübələrlə əlaqədar prosesləri dərindən mənimsəyəcəklər.

Linklərə keçid edərək keçən sessiya dərslərindən kiçik hissələri izləyə bilərsiniz:

Video 1
Video 2
Video 3
Video 4
Video 5
Video 6
Video 7
Video 8



Təlimin Mündəricatı

1-ci dərs 

  • Layihə idarəetmənin tarixi  
  • Hazırda dünya üzrə Layihə idarəetmənin vəziyyəti 
  • Layihə idarəetmə əsas çətinliklər nələrdir? 
  • Layihə, Proqram və Portfolio idarəetmə.    
     

2-ci dərs

  • Ehtimal nəzəriyyəsi  
  • İnsan olaraq ehtimal etmədə nə qədər güclüyük (çalışma) 
  • Bilinməzlik əyrisi  
  • Ehtimal etməni necə yaxşılaşdırmaq olar
     

3-cü dərs 

  • Project Charter 
  • Praktik məşğələ  
     

4-cü dərs 

  • Project Scope  
  • Layihə tələblərinin yazılması (üsul və qaydalar)
     

5-ci dərs

  • Layihə tələblərinin yazılması praktik məşğələ 
  • Səhvlərin tapılması üsulları 

6-cı dərs

  • Ehtimal etmənin praktik üsulları
  • Work Breakdown Structure və praktik məşğələ 
  • Network Diagram  və praktik məşğələ
     

7-ci dərs

  • Wide-band Delphi və praktik məşğələ 
  • PERT (Program Evaluation and Review Technique)  
     

8-ci dərs

  • SCOPE və Müştəri gözləntilərinin idarə edilməsi
  • Layihədə dəyişikliklərin idarə edilməsi (Project Change management)

9-cu dərs 

  • Layihələrin idarə edirlməsi 
  • Kommunikasiya və Nəzarət mexanizmləri 
  • Lesssons Learned nədir və nə üçün lazımdır

Təlimçilər

Təlimin ödənişi

✍ Təlim ödənişlidir:

30 saatliq təlimin  ödənişi  450 AZN olaraq təyin edilmişdir.



- Korporativ Endirimlər:

Eyni şirkətdən 2 iştirakçı – 5 %  
3 ve daha artıq iştirakçı – 10 %
Business Management Schoolun məzunlarına 10 %


Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.


 Ödənişə daxildir:

- Elekton təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
-Kofe-break


 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də  və imtahanda iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

 

Təlimin cədvəli























Qeydiyyat