Bakı şəhəri, Kral Hüseyn küç 60

Dövlət Satınalmalarında necə qalib olmaq olar?

Dövlət Satınalmalarında necə qalib olmaq olar?

Ümumi Məlumat

"Business Management School" MMC və "Supply Chain Management" MMC-nin birgə təşkilatçılığı ilə 30 oktyabr tarixində Holiday Inn hotelində "Dövlət Satınalmalarında necə qalib olmaq olar?" mövzusunda master-klass keçiriləcək.


"Master-klass"-da kimlər iştirak edə bilər?
- Dövlət satınalmalarında iddiaçı kimi iştirak edən bütün şirkətlər



Təlimin Mündəricatı

"Masterklas"-ın mövzuları:

1. Dövlət Satınalmaları qanunvericiliyi və mərhələləri

- «Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər və satınalma prosedurları üzrə mərhələlərin siyahısı

2. Satınalmanın planlaşdırılması

- Satınalma planının tərtib edilməsi, ehtimal olunan qiymətin müəyyən edilməsi, satınalma metodunun seçilməsi və tender komissiyasının formalaşdırılması

3. İxtisas uyğunluğu proseduru

- İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi

4. Satınalma sənədləri

- Satınalma sənədlərinin hazırlanması , qiymətləndirmə meyarları və iştirak haqqının müəyyən edilməsi

5. Satınalma elanları

- Satınalmanın elan edilməsi və satınalma sənədlərinə dair izahatın verilməsi və onda dəyişikliklərin edilməsi

6. Təkliflərin təqdim edilməsi

- İlkin sənədlərin təqdim edilməsi, təkliflərin təqdim edilməsi və açılması , tender təklifinin təminatı, təklif təqdim edilməsinə dair məsləhətlər

7. Təkliflərin qiymətləndirilməsi

- Təkliflərin qiymətləndirilməsi , təkliflərə dair izahatın alınması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif və təkliflərin kənarlaşdırılması

8. Satınalmanın nəticələri

- Qalibin seçilməsi , icazələrin alınması, müqavilənin imzalanması və satınalmanın baş tutmaması

9. Müqavilənin icrası

- İşlərə başlanılması, müqavilənin icrası və ödəniş , ödəniş şərtləri, müqavilənin yerinə yetirilməsi təminatı, müqavilənin dəyişdirilməsi və müqavilənin tamamlanması və ödəniş

10. Müqavilədə ödəniş şərtləri

- Mallar, xidmətlər və işlərə görə ödəniş, akkreditiv (kredit xətti), avans, avans təminatı, saxlama və icra təminatı

11. Müqavilə iddiaları və mübahisələri

- Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri və iddia üçün tələbləri

12. Satınalmada saxtakarlıq halları

- Saxtakarlıq əlamətləri və qabaqlayıcı tədbirlər

13. Satınalma ilə bağlı şikayətlər

- Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri

14. Elektron satınalmalarda iştirakın əyani təqdimatı

Təlimçilər

Təlimin ödənişi

"Master-klass"ın ödənişi: 140 AZN

Qeydiyyat üçün son gün: 25 oktyabr


İştirak üçün qeydiyyat mütləqdir.

Qeydiyyat linki: https://forms.gle/WhhTWjHMZ7g47yVz5

Təlimin cədvəli

"Master-klass"-ın proqramı: ( 30 oktyabr, Holiday Inn Hotel )

09:30 - Qeydiyyat  başlayır.

10:00 - "Master-klass" başlayır.

11:30:12:00 - Çay-kofe fasiləsi

12:00-13:00 - "Master-klass" ın davamı.

13:00-14:00 - Nahar fasiləsi

14:00-15:30 -"Master-klass"-ın davamı.

15:30-16:00 - Çay-kofe fasiləsi

16:00-17:30 - "Master-klass"ın davamı

17:30 -  "Master-klass"ın sonu

Qeydiyyat