Bakı şəhəri, Kral Hüseyn küç 60

Elgiz Əliyev

Elgiz Əliyev

Satış və Bazarlama Sahəsi üzrə müstəqil ekspert və təlimçi.

Azərbaycan İxrac və Made in Azerbaijan brendinin təşviqi missiyalarının 4 qat üzvü (Berlin-Almaniya, Lahor- Pakistan, Ravalpindi- Pakistan, İslamad- Pakistan). 

1980ci ildə Bakı şəhərində anadan olmuşdur. 42 saylı ümumtəhsil məktəbini 1996cı ildə bitirib və 

İqtisad Universitetinin məzunudur.

2001-ci ildə Azərbaycan Milli Qvardiyasında fərqlənmə ilə həqiqi hərbi xidmətini başa vurmuşdur. O vaxtdan bu günə qədər satış və bazarlama sahəsində çalışmıdır. Çalışdığı beynəlxalq şirkətlər arasında Dirol Cadbury Shweppes, PerfettiVanMelle, Shwarzkopf, Unilever, BP Downstream kimi markalar yer alır. 2008-2016 illərdə Azercell Telekom MMC-nin Korporativ Satışlar şöbəsinin experti, Korporativ Ünsiyyət Departamentinin Sosial Layihələr üzrə experti, Korporativ Satışlar Şöbəsinin Müdiri, Korporativ Biznes Strukturu Departamentinin Biznesin Inkişafı, Dələduzluqla Mübarizə və Optimizasiya üzrə Məsləhətçisi vəzifələrində çalışmışdır. Gilan Agriculture MMC-nın (Gilan Kənd Təsərüfatı)  Baş Satış Direktoru vəzifəsində çalışmışdır.

Hal hazırda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının İdarə Heyətinin üzvüdür, Network Security Center şirkətinin Azərbaycan ofisinin direktorudur. 

Eyni zamanda, AzSmart MMC-nin Baş müdirinin Satışın İdarəedilməsi və Biznesin İnkişafı üzrə baş məsləhətçisidir. 

Siyasi mənsubiyyəti yoxdur.

Evilidir, 1 övladı var. 

Beynəlxalq təlimlər:

MCT (Management Center Turkey) – Önəmli müştərilirin yönətimi - 2009

Korporativ Məhsulların İdarəedilməsi (BƏƏ, Dubai) –2009

Satışın Ruhu (Bakı) - 2009

Önəmli müştəri Qrupunun Yönətimi (Bakı)-  2010

Team spirit training (Azerbaijan) – 2011

Unsiyyət bacarıqları təlimi  (Azerbaijan) – Azercell Academiyası (2010)

TeliaSonera tədarükçülərlə iş birliyi təlimi-  2014

Layihələrin İdarə edilməsi - Bakı, 2014

Situational Self Leadership Training (August 2015)

Tədrisçilərin Tədrisi layihəsi - 2015

Korporativ Satışların Təşkili - Telecoms Academy, London (2016)

Təhlükəsiz sürücülər üçün təlim- HED Academy (Aug. 2016)

Müştəri Ziyarətlərinin Təşkili və İdarəedilməsi Təlimi- Türkiyə, 2017

Kouçinq – Türkiyə, May 2017

Excel Peşəkarları – 2021, Bakı