
Əli Xəyyam
Əli Xəyyam Xəzər Universitetinin İdarəetmə fakultəsini bitirdikdən sonra CRM üzrə Kings College Oxford-da təhsil almışdır. Samsung, Jeep, Dodge, Chrysler, Hyundai, Peugeot, Nokia və Meizu kimi qlobal markalarda marketinq və CRM üzrə menecer vəzifələrində çalışmışdır. Dünyanın ən böyük CRM proqram təminatı olan Salesforce-un konsultantı və ölkə nümayəndəsi olaraq çalışmışdır.Hal-hazırda Otomall adlı startapın rəhbəridir. Otomall ikinci əl avtomobil bazarına gətirdiyi innovativ və CRM əsaslı həllərlə seçilir.