
Elnur Hüseynov
Elnur Hüseynov 2009-cu ildə Böyük Britaniyanın Cardiff universitetində Biznesin təşkili ixtisası üzrə bakalavr təhsilini bitirmiş, 2019-cu ildə Edinburgh Business School universitetində İnsan Resursların İdarə edilməsi ixtisası üzrə magistr və biznesin idarə edilməsi ixtisası üzrə “Postgraduate” təhsilini başa vurmuşdur. 2017-ci ildə BANM-də Geroge Washington universitetinin “Layihələrin İdarə Edilməsi üzrə Master” proqramını, 2021-ci ildə ADA-da Duke universitetinin “Adaptive Strategic Execution Programı”nı bitirmişdir.
Əmək fəaliyyətinə 2010-cu ildə Azərsun Holdinqdə İnsan resursları departamentində insan resursları üzrə mütəxəssis/auditor vəzifəsində başlamışdır. Sonrakı illərdə əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur:
2011-2013, SOCAR İR Departamenti İşə qəbul şöbəsində aparıcı mütəxəssis;
2013-2014, İşə qəbul şöbəsinin rəis müavini;
2014-2015, Personalın uçotu və işçilərlə əlaqələr şöbəsinin rəisi;
2015-2020, Karyera planlama və personalla əlaqələr şöbəsinin rəisi
2020-ci ildən hazıradək SOCAR-ın İnsan Resursları Departamentinin rəis müavini vəzifəsində çalışır.
Hal hazırda insan resurslarının idarə edilməsi üzrə konsultantı və təlimçi kimi də fəaliyyət göstərir.