
Elşən Cəfərov
Elşən Cəfərov ELSEO MMC - Təsisçi direktor, Proton MMC (veb həllər), ADSMark MMC (bütün növ reklam və çap işləri), Arenda.az (daşınmaz əmlak portalı) şirkətlərində həmtəsisçidir.
12 ildən çoxdur SEO sahəsində “Baş sındıran”, ömrü-günü Google olan, SEO-ya görə kardioloq ixtisasını buraxan Elşən Cəfərov
2009-2010-cu illərdən proqramlaşdırma ilə məşğul olmaqla yanaşı, bir çox informasiya texnologiyaları şirkətində proqramçı və təlimçi olaraq da çalışmışdır. Dolayısı ilə, kurs müddətində Elşən Cəfərov SEO-nun yalnız kontentdən ibarət olmadığını, sayt strukturu, eləcə də texniki tələblər ilə bir bütöv olduğu barədə məlumat verəcək. Bir sıra yüksək reytinqli yerli, həmçinin xarici şirkətlərin (USA, Canada və s.) SEO layihələrini uğurla davam etdirən Elşən Cəfərov,təlimlərində müasir rəqəmsal bazarda ən üst pillələrə qalxmağın, eləcə də
onlarla ölkəyə onlayn məhsul sata bilməyin mümkünlüyündən və bunun üçün hansı yolu izləmək lazım olduğundan bəhs edir.