Bakı şəhəri, Kral Hüseyn küç 60

İsa Qasımov

İsa Qasımov

İsa Hüseyn oğlu Qasımov / PhD, dosent

            https://www.linkedin.com/in/isa-gasimov-assoc-prof-phd-65a825151/

            [email protected] 

            "Yeni Fikir" MMC  və "Yeni Fikir" startap müsabiqəsinin təsisçisidir.

            İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunda baş mütəxəssis vəzifəsində çalışır.          

          Bakı Mühəndislik Universitetində "Sənayenin təşkili və idarəolunması" kafedrasının dosentidir.

          Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar və Elmi-Tədqiqat İnstitutunda "Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu işi üzərində işləyir.

        Texnoparkların, o cümlədən biznes inkubatorların qurulması və inkişafı, eləcə də innovativ ekosistemin öyrənilməsi üçün ABŞ, Hindistan, Türkiyə, İtaliya, Fransa, Polşa və Cənubi Koreyada 20-yə yaxın təlim-təcrübə proqramının iştirakçısı olub.

            "İnnovasiya sahibkarlığı və texnoparklar" kitabının həmmüəllifidir. 5 dərs proqramı, 60-ya yaxın elmi əsərin müəllifidir.

            İsa Qasımov elmi-pedqaoji və biznes fəaliyyəti zamanı əldə etdiyi bilik və təcrübəyə əsasən, fəaliyyət sahələrinə uyğun (startapların formalaşması və inkişafı, innovasiya ekosistemi və universitet-sənaye əməkdaşlığı) təlim və mentorluq ximətləri verir. Yerli və beynəlxalq layihələrdə layihə rəhbəri və ekspert kimi fəaliyyətləri var.

             İş təcrübəsi

  1. 10.04.2019 -  Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, baş mütəxəssis
  2. 16.03.2017 -  Bakı Mühəndislik Universiteti, Sənaye mühəndisliyi kafedrası, dosent
  3. 11.02.2019 - 09.04.2019  Bakı Mühəndislik Universiteti, Texnoparkının direktoru
  4. 16.03.2017 - 10.02.2019  Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini
  5. 02.07.2017 – 29.12.2017 AMEA Yüksək Texnologiyalar Parkı, şöbə müdiri, baş məsləhətçi
  6. 15.02.2017 - 15.03.2017  Bakı Mühəndislik Universiteti, Texnoparkının direktoru
  7. 01.02.2013 - 14.02.2017  Qafqaz Universiteti, Texnoparkının direktoru
  8. 01.08.2010 - 31.01.2013  Qafqaz Universiteti, Karyera Planlama və Praktika Mərkəzinin müdiri
  9. 01.08.2006 - 30.07.2010  Qafqaz Universiteti, İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
  10.  2006 - 2017 - Qafqaz Universiteti, Pedoqoji fakultəsi (baş müəllim, dosent)
  11. 2010 - 2013 - Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialı (Təbiət fənləri və tədrisi    metodikası kafedrasında dosent (0.5 ştat üzrə))
  12. 2005– 2010 - Azərbaycan Müəllimlər İnstitutu (indiki ADPU) Quba Filialı (baş müəllim, dosent, kafedra müdiri, direktor müavini, direktor əvəzi)