Bakı şəhəri, Kral Hüseyn küç 60

Nərgiz Əkbərova

Nərgiz Əkbərova

Nərgiz Əkbərova bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Georgia State Universiteti ilə olan ikili diplom proqramında 2003-2007 illərdə Biznesin İdarəedilməsi sahəsində almışdır.

2007-2009 illərdə magistr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində İnsan Resursları və Marketinq sahəsində bitirmişdir.

2009-2010 illərdə cənubi Kiprdə Cyprus İnternational İnstitute of Management məktəbində MBA dərəcəsini almışdır.

Bundan əlavə olaraq bir neçə beynəlxalq sertifikasiya da əldə etmişdir:
- Hult Ashridge - Creating Agile Organizations: Developing your leadership intelligence (2021)
- ADLER International Learning - Mindfulness program (2020)
- ADLER International Learning - Adler Advanced Certified Coaching Program: Practicum (2020)
- ADLER International Learning - ICF approved Certified Professional Coaching program (2019)
- British Council - CRM Customer Relationship Management (2019)
- AVADO Lead Digital - Customer Experience; Create Impact & Influence; Work Iteratively (2018)
- CIM (Chartered Institute of Marketing) - Professional Certificate of Marketing (2014)

Peşəkar həyatına 2005-ci ildə BP şirkətinin IT departamentində başlayaraq, daha sonra Təchizat və təchizatın təminatı şöbəsində KPI məruzələrinin hazırlanması, müqavilə bazasının yaradılması, arxivləşdirmə və SAP sisteminə keçid planlaması sahəsində çalışmışdır.

2009-cu ildən etibarən British Council təşkilatının Azərbaycan filialında peşəkar imtahanların təşkilatı departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ildən isə İmtahanlar departamentində Cənubi Qafqaz üzrə biznesin inkişafı sahəsində menecer vəzifəsində çalışır.

Biznesin idarə edilməsi, komanda idarə edilməsi, biznesin inkişafı, büdcə planlaması, strateji planlama, komandanın təlim və peşəkar inkişafını təmin etmə sahələrində 17 illik iş təcrübəsinə malikdir.

Peşəkar Kouç və Mindfulness uzmanıdır. Karyera inkişafı, qiymətləndirmə, şəxsi və peşəkar inkişaf, ünsiyyət və idarəetmə sahəsində potensialının fərqində olmaq və performansını artırmaq istəyən şəxslərə kouçinq xidməti göstərir.