
Niyazi Abbasov
Təlimçimiz Niyazi Abbasov maliyyə, mühasibatlıq və audit sahəsində 20 ilə yaxın iş təcrübəsi var.
Təlim, Beynəxalq audit və konsaltinq şirkətləri olan Baker Tilly və PwC-də şirkətlər üçün maliyyə və biznes məsləhətlərinin verilməsi, mühasibatlıq sisteminin qurulması və auditi sahəsində geniş təcrübəyə malik, Böyük Britaniya Mühasiblər Assosiasiyasının (ACCA) təcrübəli üzvü Niyazi Abbasov tərəfindən tədris ediləcəkdir. Gilan Holdinq və Modern Holdinqdə uzun müddət maliyyə direktoru vəzifəsində çalışmış Niyazi Abbasov hazırda ADA universitetində və Xəzər Universitetində maliyyə və mühasibatlıq üzrə mühazirələr verir. O Baker Tilly şirkətində biznes məsləhəti xidmətləri üzrə direktor vəzifəsində çalışır.