
Rafiq Hunaltay
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq ixtisası üzrə bakalavr və magistr pilləsini bitirib. Həmçinin Anadolu Universitetinin “Halkla İlişkiler ve Tanıtım” istiqaməti üzrə ixtisas artırma proqramından məzundur. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universiteti və Turizm Universitetində müəllim kimi də çalışıb. Hazırda UNEC-də magistr bölməsində Marketinq ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.
İş təcrübəsi:
- Nurgun Holding Nestle brendi üzrə marketinq mütəxəssisi (2006-2007)
- İdeal parfum və kosmetika mağazaları şəbəkəsi / Marketinq Direktor (2009-2015)
- Gilan Holding FMCG Qrupu / Strateji Marketinq Departamenti Rəhbəri (2016-2018)
- Modern Group / Biznesin İnkişafı üzrə direktor (2018-2020)
- Azgranata / Satış Direktoru
- Supertoys oyuncaq mağazaları şəbəkəsi / CEO
- Starex kargo şirkəti / CEO
Hal-hazırda təsisçisi olduğu Biznes konsultasiyalar və marketinq agentliyi olan Fil Agency-də şirkətin təsisçisi və baş direktoru olaraq fəaliyyətini davam etdirir. Agentlik 2017-ci ildən fəaliyyət göstərir, biznes proseslərin optimallaşdırılması, idarəetmə sisteminin qurulması, təkmilləşdirilməsi, 360 dərəcə satış və marketinq əməliyyatlarının aparılması üzrə müştərilərinə xidmət göstərir.
Eyni zamanda Business Management School və Facemark MMC-də həmtəsisçidir.
Layihələr:
- 2011-ci ildən biznes və marketinq sahəsində fəaliyyət göstərən facemark.az biznes portalı /həmtəsisçi
- Milli Marketinq Forumu, Rəqəmsal Marketinq Konfransı, Milli İnsan Resursları Forumu, Maliyyə və İnvestisiya Forumu / həmtəsisçi
- Bugünün Marketinqi seriyasından 4 kitabın tərtibçisi, Böhrandan Yeni Dövrana kitabının müəllifi
- Hunaltay.com – biznes bloqu