AF Business House, Nizami 203 B,

Sahil Sabirzadə

Sahil Sabirzadə

Sahil Sabirzadə

Sahil Sabirzadə 2008-2013-ci illərdə Qafqaz universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin İnzibati idarəetmə ixtisasını fərqlənmə ilə bitirmişdir.

Kariyerasına ilk olaraq turizm sektorunda 2014-cü ildə “Tufandağ Turizm Kompleksi” MMC-də Kadr işləri üzrə işçi olaraq başlamışdır. Daha sonra 2015-2017-ci illərdə “Finca-Azerbaijan” BOKT- da Maliyyə xidmətləri departamentində müxtəlif vəzifələrdərdə çalışmışdır. 2017-ci ildə “Veysəloğlu Qrup”-da İnsan Resursları departamentində əmək haqqı hesablanması üzrə mütəxəssis vəzifəsində 2000-dən çox işçinin əmək haqqısının hesablanması işini yerinə yetrmişdir. 2018-2019-cu illərdə  öz kariyerasını İnşaat sektorunda, “Gilan Construction Group” MMC-də İnsan Resursları üzrə mütəxəssis vəzifəsində davam etdirmiş və böyük işçi heyəti olan şirkətin əmək haqqı sisteminin qurulması fəaliyyətini həyata keçirmişdir. 2019-cu ildə Gilan Holding nəzdində fəaliyyət göstərən və maliyyə xidmətləri göstərən “Professional Support Center” MMC-yə dəvət almış, Əmək haqqı hesablanması departamentində  əmək haqqı hesablanması və kadr işləri üzrə mütəxəssis vəzifəsini icra etmişdir. Təlimçimiz hal-hazırda Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun aparatında İnsan Resurslarının İdarə Edilməsi Departamentinin böyük mütəxəssisi vəzifəsində çalışmaqdadır 

 

İştirak etdiyi təlimlər

  1. Mühsaibat və Vergi Uçotu - Business Plus
  2. Əmək Məcəlləsi və Kadr Kargüzarlığı - Business Management School
  3. Əmək haqqı hesablanması - Business Management School
  4. İnsan resurslarının idarəedilməsi - Business Management School
  5. Performance Management – Keel Academy
  6. Ünsiyyət və hislərin idarə edilməsi - PDR İnternational
  7. İqtisadiyyatın diversifikasiyası; gəlir və məhsuldarlığın hesablanması -Qafqaz universiteti
  8. Vergi Uçotu - Professional Support Center