
Şahnaz Əhmədova
Rəqəmsal marketinq üzrə ekspert olan Şahnaz Əhmədova 8 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərməkdədir. O, bu 8 ilin 4 ilini rəqəmsal marketinq üzrə şöbə, departament və rəqəmsal layihə rəhbəri kimi çalışmışdır. Şahnaz Əhmədova, eyni zamanda The Coca-Cola Company, A+CO (Xırdalan Şərab) kimi bir çox qlobal və yerli şirkətlərin agentlik və müştəri hissəsində Rəqəmsal Marketinq meneceri və rəhbəri olaraq çalışmış, e-ticarət proyektlərində fəaliyyət göstərmişdir.
2022-ci ilin dekabr ayından isə Aztelecom şirkətində marketinq mütəxəssisi olaraq əmək fəaliyyətini davam etdirməkdədir.
Təhsili
Xəzər Universiteti – MBA ( Marketinq, Magistratura)
Georgian İnstitute of Public Affairs (GIPA) – Media Management (Magistratura)
Bakı Slavyan Universiteti - Jurnalistika (Bakalavr)
Google və Facebook Blueprint daxil olmaqla bir çox rəqəmsal təlim, kurs və sertifikatlar proqramları