Bakı şəhəri, Kral Hüseyn küç 60

Şamo Mürşüdov

Şamo Mürşüdov

Şamo Mürşüdov (ICM, EPCC, AIRP, CHRM, CPLP, Assoc CİPD)

Professional iş həyatına 2001-ci ildə MainStaff beynəlxalq kadr agentliyində başlamış. Daha sonra Development Services Group da “Namizədlərin seçimi və inkişafı bölməsi”nin rəisi, Atəşgah Sığorta Şirkətində “İşə qəbul üzrə menecer” və “HR koordinator”, Bank Respublika ASC-nin “İşə qəbul və seçim şöbə"si və “Mükafatlandırma və motivasiya tədbirləri şöbə”sinin müdiri kimi çalışmışdır. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri vəzifəsində çalışmaqdadır.

Təhsili:
1. Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi;
2. Capella University (ABŞ) – HR menecment;
3. American Society for Training and Development (USA) – (CPLP TM – Certified Professional in Learning and Performance);
4. İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə);
5. Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP- İngiltərə);
6. Ericson Coaching International-ın üzvüdür,  ICF-International Coach Federation tərəfindən təsdiqlənən Erickson Coaching International-a məxsus Professioanl Coach ECC və EPCC dərəcəsini qazanmışdır.