
Şölə Əkbərova
Professional iş həyatına 2006-cı ildə “OSCE office in Baku”da hüquqşunas kimi başlayan Şölə Əkbərova 2007-ci ilin May ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, İnsan Resursları Departamentinin baş məsləhətçisi vəzifəsinə keçid edib. 2009-cu ilə kimi tutduğu bu vəzifəni uğurla icra edən Şölə xanım, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, İnsan Resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Dövlət qulluğunda işlədiyi dövrdə fəaliyyət göstəricilərinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilmişdir.
Şölə Əkbərova 2014-cü ilin İyul ayından 2017-ci ilədək “Modern Group” Holdinqin (Tərkibində 18 şirkət mövcuddur) İnsan Resurslarının idarə edilməsi Departamentinin Direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İnsan Resursları Departamentinin Direktoru vəzifəsində çalışmaqdadır. O, eyni zamanda 2014-cü ilin Fevral ayından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İnsan Resurslarının İdarə edilməsi üzrə magistratura proqramında mühazirəçidir. Almaniya İdarəçilik Akademiyası tərəfindən İSO standartlarına uyğun olaraq təlimçi olmaq üçün lisenziyası əldə etmişdir.
Şölə Əkbərova həmçinin
bir çox beynəlxalq təlimlərdə iştirak etmişdir. Onlardan bəziləri:
Training of trainers - Federal German Civil Service Academy
Change Management - Bank Training Center - John Dorland (USA)
Knowledge management – Capital Market Modernization Project
Civil Service Recruitment and Selection Seminar for Azerbaijani Officials - Estonian Center of Eastern Partnership (Tallinn)
Public-Private Partnership module - Eastern Partnership Academy Poland - Warsaw
Təhsili:
2000 – 2004: BakıDövlətUniversiteti – Hüquq
2004 – 2006: BakıDövlətUniversiteti – Hüquq (Magistratura)
2011 - 2014: PrezidentYanındaİdarəçilikAkademiyası – Dövlətvəbələdiyyəİdarəetməsi