Elçin Məmmədov

Elçin Məmmədov

2003 - 2007 ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında sənaye və xidmət sahələrinin  menecmenti və iqtisadiyyatı üzrə bakalavr təhsili alıb.
2009-2010-cu ildə Böyük Britaniyanın Qlazqo Universitetində Maliyyə Proqnozlaşdırılması və İnvestitsiya üzrə master dərəcəsi alıb.
2010-2011 ci illər SOCAR-şirkətində Birgə Müəssisələr və Alyanslar Departamentində- Analitik vəzifəsində çalışıb.
2011-2013 ci illərdə SOCAR-şirkətində İnvestitsiyaların Təhlili Departamentində- Maliyə analitiki və böyük maliyyə analitiki vəzifəsində çalışıb.
2013-cü ildən indiyə kimi SOCAR- şirkətində İnvestitsiyaların Təhlili və Beynəlxalq Maliyyə Təşkilatları ilə Əməkdaşlıq Departamentinin Direktor müavini vəzifəsində  çalışır.

Həmçinin , Elçin Məmmədov bundan əlavə akademik fəaliyyətlə də məşğuldur.
2012-ci ilin sentyabr ayından indiyə kimi Azərbaycan Universitetinin Biznes İnzibatçılığı Fakultəsində- BBA və MBA proqramı üzrə tələbələrə Statistika, Biznesin Təhlili və Biznesin Modelləşməsi fənləri üzrə dərs deməkdədir.
Həmçinin 2014-cü ilin Fevral ayından indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində, BBA və MBA proqramı üzrə tələbələrə  Statistika, Biznesin Təhlili fənləri üzrə dərs deməkdədir.
Elçin Məmmədovun öz ixtisası üzrə bir neçə məqaləsi çap olunmuşdur.

Daha ətraflı məlumatı Elçin Məmmədovun CV-sindən tanış ola bilərsiniz.