Dos. Dr. Aydın Hüseynov

Dos. Dr. Aydın Hüseynov

 

1996-cı ildə Bakı şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Litseyindən məzun olmuşdur. 1996-2000-ci illərdə Türkiyə Cümhuriyətinin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üzrə təhsilini bu günə qədər davam etdirməkdədir.

 

Təhsili müddətində Prezident və bir neçə dövlət təqaüdləri almışdır. Şimali Atlantik Antlaşma Konseyindən (NATO) Təqaüd və Qrant layihələri qazanmışdır. Bir neçə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuşdur.

 

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən riyaziyyat elmləri üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi nostrifikasiya olunmuşdur.

 

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

2 ədəd dissertasiya işi və 14 ədəd elmi məqaləsi vardır.

 

Kreditlərin təhlili, Qiymətli kağızlar, Valyuta əməliyyatları, Kapital Bazarları və Risklərin İdarə Olunması mövzularında təlimlər keçmişdir. Fondların, Kreditlərin və Risklərin İdarə Olunması sahələri üzrə xarici aparıcı ekspertlər və təşkilatlarda təcrübə mübadiləsində olmuşdur. 

 

2009-cu ildən başlayaraq müxtəlif tədris mərkəzlərində Kreditlərin təhlili, Maliyyə Analizi, Qiymətli kağızlar, Valyuta əməliyyatları, Akkreditiv və Qarantiyalar və Risklərin İdarə Olunması mövzularında təlim və seminarlar tədris etmişdir.

 

2006-ci ildən 2016-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyət ilə məşğul olmuşdur.

 

Əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində Müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

 

2014-cü ilin Yanvar ayından bu günə qədər Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Məsləhətçisi və Sentyabr ayından etibarən isə Risk Jurnalının Baş Redaktorudur.

 

2014-cü ilin Mart ayından 2016-cı ilin Yanvar ayına qədər Rabitəbank ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləmişdir. 2014-cü ilin Oktyabr ayından etibarən  İdarə Heyətinin Üzvüdür.

 

2016-cı ilin Yanvar ayından Aprel ayına qədər Rabitəbank ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə İdarə Heyəti Sədrinin Müavini vəzifəsində işləmişdir.

 

2016-cı ilin Aprel ayından 2017-ci ilin Fevral ayına kimi Rabitəbank ASC-də Satışın İdarə Olunması Bloku üzrə İdarə Heyəti Sədrinin Müavini vəzifəsində işləyib.

2017-ci ilin fevral ayından AFB Bankın İdarə Heyətinin Sədri Vəzifəsini İcra edir.

 


Bir neçə elmi məqalələri çap edilmişdir.
http://huseynoov.weebly.com