Həlimə Qəmərlinskaya

Həlimə Qəmərlinskaya

Psixi sağlamlıq və psixoloji problemlərlin həlli üzrə həkim psixiatr, o cümlədən müxtəlif  dövlət və özəl klinikalarda məsləhətçi kimi 17 il iş təcrübəsi olan Həlimə Gəmərlinskaya eyni zamanda 9 ildən çoxdur ki təlimçi ekspert və peşəkar kouç fəaliyyətini davam etdirir. 

 

3 il Azərbaycan Güləş Federasiyasında idman psixoloq vəzifəsində çalışmış Həlimə xanım, 5 ildən çoxdur ki, müxtəlif şirkətlərdə İşçilərin İnkişafı üzrə rəhbər vəzifələrində çalışmaqdadır. Bu sahədə fəaliyyətinə "FİNCA-Azerbaijan" şirkətində başlamış, daha sonra isə Azerfon şirkətində təcrübəsini davam etdirmişdir. Hal-hazırda bu şirkətdə "İşçilərin İnkişafı üzrə Akademiya"nın Rəhbəri vəzifəsində çalışır.


Təhsili: 

  • Azərbaycan Dövlət Tibb Universiteti- Təcrübəçi,Psixoterapevt- 1999-2000
  • Azərbaycan Dövlət Tibb Universiteti-  Müalicə İşi -1 993-1999

 

İştirak etdiyi peşəkar təlim layihələri: 

  • Harvard Manage Mentor- İdarə Etmə sahəsində 20 dən çox sertifikatı var.(2014-2016 )
  • Maximum Academy- Beynəlxalq Kouçing Federasiyası /  Koçinq Sertifikatı -2014-2015
  • DDİ Moscow (Rusiyada) -  Performansın İdarə Edilməsi - 2014
  • Amerika Otellər və Qonaqlama evləri üzrə Assosiasiyası (Bakı)- Sertifikatlaşdırılmış Mehmanxanasında Təlimçi - 2012
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - İdman Psixalogiyası (Moskva, Rusiya) -2008
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - Master NLP - (Moskva, Rusiya) -2008
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - Practitioner of NLP - (Moskva, Rusiya) -2007
  • Rusiya Tibb Elmləri Akademiyası - Psixiatriya kursu, 2006
  • Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Təlim institutu- psixiatriya xəstəliklərinin diferensial diaqnostikası və müalicəsi kursu-2006


 

- Həlimə Qəmarlinskaya Azərbaycanda “Stressin idarə edilməsi” üsulları üzrə aparıcı ekspertdir. Bu sahədə 9 ildən çox müxtəlif şirkətlərdə təlim keçmək təcrübəsi ilə yanaşı müxtəlif məqalələrin müəllifidir.

Həlimə xanım haqqında daha detallı, onun linkedin hesabından məlumat əldə edə bilərsiniz.
https://www.linkedin.com/in/halima-gamarlinskaya-5b622810/