Tural Məmmədov

Tural Məmmədov

Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan resursları departamentlərində şöbə rəisi, Qafqaz Universitetinin Daimi inkişaf və karyera planlama mərkəzinin və“DNS Computers”, “Embawood” şirkətlərində İnsan resursları şöbəsinin müdiri, “Femina” Xəz-Dəri Qalereyasının icraçı direktoru vəzifələrində çalışmışdır. Hazırda “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları departamentinin direktoru vəzifəsində çalışan T.O.Məmmədovun İRİE üzrə 12 illik əmək fəaliyyəti vardır. “İçərişəhər” DTMQ İdarəsi, “VIB Azerbaijan”, “Çinici” kimi bir neçə özəl və dövlət sektorundakı qurumda insan resurslarının idarə edilməsi layihisəinə rəhbərlik etmişdir.

 

Bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə, magistr pilləsini isə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (Fərqlənmə diplomu) ixtisası üzrə bitirmişdir. İstanbul Universiteti İşletme İktisadı Enstitüsü, “Üst düzey yönetici yetiştirme programı”nda və bir neçə yerli və xarici təlimlərdə iştirak etmişdir.

 

İRİE-nin müxtəlif modulları üzrə dəfələrlə təlimlər və ali təhsil müəssisələrində akademik dərslər vermişdir.“HR Forum Baku 2015”-in təşkilatçılarındanır. Sosial şəbəkələrdəki HRENGINEERING layihəsinin rəhbəridir.