Şamo Mürşüdov

Şamo Mürşüdov


Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində
başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində
çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı
bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən bir neçə
şirkətlərin, insan resurslarının siyasətinin yenilənməsi və inkişafı üzrə prosedurların yenilənməsi
və avtomatlaşdırılması üçün konsultant qismində iştirak etmişdir. Bir neçə universitetlərdə
tələbələrə karyera planlaşdırılması, profoorentasiya və inkişafı mövzusunda mühazirəçi
qismində çıxış etməkdədir. 
Hal hazırda iş fəaliyyətini ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-də HR
koordinator olaraq davam etdirir. Eyni zamanda işə qəbul sisteminin qurulması, işçi
məmnunluğu, stimulaşdırma, saxlanılması, motivasiya sistemlərinin yaradılması-tətbiqi,
tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir.  
2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb
idarə edilməsində iştirak edərək, voronka sisteminin tətbiqində HR koordinator olaraq fəaliyyət
göstərmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)

Təhsili:
· Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının
idarə edilməsi
· Capella University (ABŞ) – HR menecment
· American Society for Training and Development (USA) – (CPLP TM – Certified
Professional in Learning and Performance)
· İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)
· Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-
İngiltərə)