Müşfiq Əmircanov

Müşfiq Əmircanov

Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə

malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir.

“DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və

Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr

inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş,

məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman

Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq,

qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə

biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Hal-hazırda

“AzerGold” QSC-də Kadrlarla iş şöbəsinin rəhbəri vəzifəsində işləyir. Müşfiq Əmircanov İnsan

resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human

Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate

CİPD səviyyəsinə yiyələnmişdir.

 

Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə

tam ali təhsili bitirmişdir.