Müasir dövrümüzdə informasiya mübadiləsi, informasiya əsridir. İnformasiya artıq bir şirkətin rəqabətdə digər şirkəti üstələməsi üçün ən əsas vasitə və silaha çevrilmişdir. Müştərilərdən gələn məlumat əsasında xidmət və məhsullarının keyfiyyətini artırmaq üçün alınan məlumatların düzgün emal edilməsi, məlumatların dövrü təhlil edilib müştəri tələbinin dəqiq müəyyən edilməsi və bununla da müştəri ilə daha rahat və səmərəli kommunikasiyanın qurulması bu gün biznesin qarşısına qoyduğu əsas məqsəddir.
Bu məlumatların rahat şəkildə alınması üçün İT həllər və İT infrastrukturun olması qaçınılmazdır. Bəs İT infrastrukturu olduğu halda məlumat dəqiq yığılırmı? Biznesin istədiyi məlumat ona dəqiq çatırmı? Xeyr.
Şirkətlərin neçə faizində biznes proseslər dəqiq işləyir? Neçə faizində biznes proseslər dəqiq yazılıb? Bəs neçə faizində biznes proseslər avtomatlaşıb? Avtomatlaşmış biznes prosesləri olan şirkətlərin neçə faizi prosesləri optimallaşdıra bilib?
Biz bu gün şirkətlərin bir çoxunun hələ də prosesləri avtomatlaşdıra bilmədiyini müşahidə edirik. Biz bu gün də şirkətlərdə biznes prosesçilərin çox az olduğunu görürük. Biz bu gün də İT funksiyası ilə Biznes funksiyasını birləşdirən biznes analistlərin çox az olduğunu görürük. Biz bu gün də avtomatlaşdırılmış biznes prosesləri olan şirkətlərdə alınan məlumatları yenidən optimallaşdıra bilməkdə çətinlik çəkdiyini görürük. Biz bu gün də bəzi şirkətlərin müştərilərindən ədə etdiyi məlumatları düzgün emal edə bilmədiyini görürük. Biz bu gün də İT proseslərinin agile metoda keçməkdə çətinlik çəkdiyini görürük.
Azərbaycanda bu yuxarıda qeyd edilən sahələr üzrə kifayət qədər peşəkar mütəxəssislər var. Həmçinin Azərbaycanda bu sahənin özündə inkişafını istəyən şirkətlər və şəxslər var. Məqsədimiz bilikli şəxslərin öz biliklərini öyrənmək istəyən şirkət və ya şəxslərlə paylaşılmasında vasitəçi olmaqdır.
Bu üzdə aşağıdakı kateqoriyalar üzrə təlimlərimizi tədris etməyə başlamışıq.