Bakı şəhəri, Kral Hüseyn küç 60

Vüsal Mahmudov

Vüsal Mahmudov

10 illik iş təcrübəsində istehsal və xidmət sahələrində satınalma meneceri,planlama şöbəsinin rəisi, marketinq və planlama departamentinin direktoru, keyfiyyətə nəzarət departamentinin direktoru vəzifələrində çalışmışdır.

Türkiyədə İMES sənayə şəhərində robot istehsalı, qəlib istehsalı, plastik qab istehsalı və s.sahələrdə istehsal təcrübəsi keçmişdir.Türkiyə Standartları institunda və TÜV Avstriya beynəlxalq sertifikatlaşdırma orqanında ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi, ISO 14001:2015 Ətraf mühitin idarə olunması və ISO 45001:2018 Əməyin təhlükəsizliyinin idarə olunması təlimlərini almış və beynəlxalq baş auditor sertifikatlarına sahibdir.

Azərbaycanda ISO 9001:2015, ISO 14001:2015 , ISO 45001:2018 və ISO 21001:2018 Təhsil təşkilatları üçün idarəetmə sistemləri standartlarını boya istehsal,sabun istehsalı, plastik və dəmir qab istehsalı, keramik yapışdırıcıları və,plastik qapı və pəncərə istehsalı və s, tədris mərkəzi və s.sahələrdə tətbiq etmişdir.


Vüsal Mahmudovun təlimlərindən 4000-dən artıq şəxs iştirak etmişdir.