Bakı şəhəri, Kral Hüseyn küç 60

Xanım Şabanova

Xanım Şabanova

Xanım Şabanova bakalavr təhsilini 2004-2008 illərdə Azərbaycan Dillər Universitetində tərcümə fakultəsində almışdır və daha sonra 2012-2014 illərdə magistr pilləsini linqvistika sahəsində eyni təhsil ocağında bitirmişdir.

Bundan əlavə olaraq bir neçə beynəlxalq sertifikasiya da əldə etmişdir:
- ADLER International Learning - Neuroscience for coaches (2021)
- McKinsey&Company - “Future Leaders Academy” pilot proqram (2020-2021)
- ADLER International Learning - Adler Advanced Certified Coaching Program: Practicum (2020)
- ADLER International Learning - ICF approved Certified Professional Coaching program (2019)

Hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında PeşəTəhsili üzrə Dövlət Agentiliyində layihə rəhbəri olaraq çalışır. Ümumi təhsil pilləsinə peşə təhsilinin inteqrasiyası, yeni yanaşmaların tətbiqi, təhsildə keyfiyyətin təminatı və idarə olunması, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi üçün təlimlərin təşkili ilə bağlı 11 illik iş təcrübəsinə malikdir.

Həmçinin peşəkar kouç və Neyrobilim uzmanıdır. Karyera inkişafı, qiymətləndirmə, şəxsi və peşəkar inkişaf, ünsiyyət və idarəetmə sahəsində potensialının fərqində olmaq və performansını artırmaq istəyən şəxslərə kouçinq xidməti göstərir.

Daha öncə Avropa İttifaqı, UNICEF, UNDP, Avropa Şurası, GIZ kimi beynəlxalq təşkilatlarda təhsil və turizm sahəsində layihə yazılması və idarə olunması, büdcənin idarə edilməsi, strateji planlaşdırma və kommunikasiya sahəsində təcrübəyə malikdir.