Bakı şəhəri, Kral Hüseyn küç 60

Xətaİ Əli

Xətaİ Əli

Xətai Əli sözlə arasında pərdə olmayan sadə Azərbaycan vətəndaşıdır. Qəlibləşmiş və bölüşüləbilinən şəxsi məlumatları @Khatai Ali Facebook səhifəsində qeyd olunub.

2011-ci ildən başlayaraq başını işlədir. Rəsmi olaraq "Media FM"-də yaradıcı-prodüser, "Maxmedia"-da kopirayter, baş kopirayter və yaradıcı şöbə rəhbəri, "Beat Group"-da baş kopirayter, layihə rəhbəri, "Avto FM"-də kreativ direktor, "Cinemazadeh"-də baş redaktor, icraçı direktor, "Optimal"-da baş direktorun müşaviri, "Floor6"-də həmtəsisçi, sərbəst şəkildə isə adını çəkmək istəmədiyi bir neçə agentlikdə kreativ məsləhətçi, kopirayter olaraq çalışdığı iş yerlərini matahmış kimi sadalamaqdan yanaqları qızarır və əti tökülür. Hazırda "Xəzər TV"-də baş müəllifdir.

10 il ərzində gördüyü işlərin təqdimatını isə ilk tanışlıq günündə bölüşməyə üstünlük verir. Karyera ilə bağlı adətən "İnsan sevdiyi yox, bacardığı işlə məşğul olmalıdır" deyərək "Bacardığı işi sevə biləndə də xoşbəxt olur" əlavəsini edir. Özü haqda 3-cü şəxsin dilindən bu mətndə də olduğu kimi məlumat verə bilir.