Bakı şəhəri, Kral Hüseyn küç 60

Yeganə Nəsibova

Yeganə Nəsibova

Təhsili:
Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər və Avropaşünaslıq / Bakalavr (2002-2006)
Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər / Magistr (2006-2008)
The George Washington University – Layihələrin idarə olunması / Magistr sertifikatı (2018-2019)
SHRM – SCP – 2019

İş təcrübəsi:
Peşəkar fəaliyyətə 2007-ci ildə “Azad Azərbaycan” Tele-Radio yayım şirkətinin “Son xəbər” informasiya proqramında jurnalist kimi başlayıb. 2008-2010-cu illərdə “Azercell” MMC-də müştəri xidmətləri üzrə təmsilçi və “ATV International” (CBC) telekanalında redaktor kimi fəaliyyət göstərmişdir. İnsan Resurslarının idarəedilməsi sahəsində karyerasına 2011-ci ildə “Azərsun Holding” MMC-də başlamışdır. Holdinqin müxtəlif müəssisələrində fərqli İRİE funksiyalarını yerinə yetirmişdir. 2016-ci ilin dekabrından etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də İnsan resurslarının idarəedilməsi departamentinin aparıcı mütəxəssisi olub, işəqəbul zamanı test proqramının yaradılmasında və idarə olunmasında bilavasitə iştirak edib, daxili təlimçi kimi fəaliyyət göstərib. 2019-cu ildə İR üzrə beynəlxalq platformalardan biri olan və 165 ölkədən 300.000-ə qədər nümayəndəni əhatə edən insan resursları üzvlərinin peşəkar assosiasiyası - İnsan Resurslarının İdarəedilməsi Cəmiyyətinin (SHRM) yüksək sertifikatlaşdırılmış mütəxəssis (SHRM-SCP) dərəcəsini almışdır. Hal-hazırda 03.10.2022-ci il tarixindən etibarən "AzİnTelecom" MMC-nin İnsan Kapitalının idarəolunması departamentindəTəlim və inkişaf üzrə menecer vəzifəsində çalışır.

İştirak etdiyi təlimlər:
- Azersun Akademiya / Əmək qanunvericiliyi və ştat-smeta intizamına riayət olunması
- ASCO Təlim Mərkəzi / Dəyişikliklərin idarə olunması
- "LEORON" Peşəkar inkişaf institutu & Gilan Holding / "Müştəriyə İstiqamətlənmiş İnsan Resursları" master klassı
- Business Management School & Kaynağım insan / Performans değerlendirme sistemi ve Yetkinlik bazlı mulakat teknikleri
- Business Management School / İnsan Resurslarının İdarəedilməsi
- Business Management School / İstedadların idarə olunması
- Business Management School / Əmək Məcəlləsi və Kadr Kargüzarlığı təlimi