2010-2014 \ Azərbaycan Memarlıq və İnşaat Universiteti, Menecment
2023-cü ildə İstanbul Boğaziçi Enstitüsünün "Strateji Düşünmə Bacarıqları" təlimini müvəffəqiyyətlə tamamlamışdır.
Cari ildə Asan İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "Zamanın İdarəedilməsi" təlimində iştirak etmişdir.
ADA Universiteti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi müxtəlif mövzulu təlimlərdən ibarət "Potensialın Gücləndirilməsi" adlı proqramda iştirak etmişdir.
2024-cü ildə Microsoft Excel proqramına dair biliklərini təkmiləşdirərək beynəlxalq "Microsoft Office Specialist (Excel 2019 Expert)" sertifkatını əldə etmişdir.
Data analitika sahəsində beynəlxalq "Microsoft Certified: Power BI Data Analyst Associate (PL-300)" sertifikatı əldə etmişdir.
İş Təcrübəsi:
2020-ci ildən etibarən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentində müxtəlif vəzifələrdə çalışmış, hal-hazırda Agentlikdə aparıcı məsləhətçi vəzifəsində fəaliyyət göstərir.
Əlavə olaraq onlayn platformalar üzərindən Youtube kanalı və İnstagram vasitəsilə Excel proqramına dair video-dərslər, maarifləndirici videoçarxlar tərtib edərək çoxsaylı auditoriyaya çıxış əldə etmişdir.