0-dan başlayanlar üçün mühasibatlıq+ 1 C (8.3)
online offline

Business Management School" MMC olaraq "0-dan başlayanlar üçün mühasibatlıq+ 1 C (8.3)" təliminin 9-cu sessiyasına qeydiyyatları açıq elan edirik. 

 

Təlimdə kimlər iştirak edə bilər?
Mühasibatlıq və maliyyə sahəsində çalışan, mühasibatlıq imtahanlarına hazırlaşan, mühasibat uçotu sahəsində nəzəri və praktik biliklərini artırmaq istəyən hər bir şəxs iştirak edə bilər.
 

Nə üçün bu təlim?
Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.
 

Təlimdə iştirak sizə nə qazandıracaq?

  • Maliyyə hesabatlarını hazırlayıb təqdim etmək bacarığı 
  • Mühasibat yazılışlarının verilməsi və beynəlxaq standartlara uyğunlaşdırılması üzrə təcrübə  
  • Beynəlxalq mühasibat üçotu ilə vergi uçotu arasında fərqlərin öyrənilməsi 
  • Mühasibat sahəsində praktik misallar üzərindən biliklərin artırılması 
  • Təcrübəli mütəxəssisə yığılıb qalan suallarınızı cavablandırmaq imkanı 
  • 1C mühasibatlıq proqramında ilkin sənədlərdən maliyyə hesabatlarının hazırlanması

1.Dərs

  • Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti və istifadə səbəbləri.
  • Sənədlərin növləri və istifadə qaydaları.

2.Dərs

  • Mühasibat hesabları anlayışı və yeni hesablar planı ilə tanışlıq.

3.Dərs

  • Aktiv və Passiv hesablar anlayışı, Debet və Kredit anlayışı
  • İkili mühasibat yazıları və istifadə qaydaları.

4.Dərs

  • Aktiv anlayışı, uzunmüddətli və qısamüddətli aktivlər, onların növləri, qeyri-maddi aktivlər.

5.Dərs

  • Uzunmüddətli aktivlər və növləri.
  • Amortizasiya anlayışı, metodları və hesablanma qaydaları.

6.Dərs

  • Uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi, Qeyri-maddi aktivlər, Tədqiqat və təcrübə-konstruktor xərcləri.
  • Təmir məsrəfləri, mühasibat uçotunda əks etdirilməsi, cari və əsaslı təmir məsrəfləri.

7.Dərs

  • Qısamüddətli aktiv anlayışı, növləri və uçotu.

8.Dərs

  • Mal-materialın uçotu, silinməsi və silinmə metodları (FIFO, LIFO, AVCO).
  • Debitor borcları və ümidsiz borc.

9.Dərs

  • Kapital anlayışı, növləri və fərqli xüsusiyyətləri.

10.Dərs

  • Öhdəliklər və onların növləri.

11.Dərs

  • Vergi uçotu, vergilərin növləri və hesabatları, subyektlərin meyarları: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri.

12.Dərs

  • Maliyyə hesabatları anlayışı, məqsədi və hazırlanması.
  • Maliyyə nəticəsi haqqında hesabat (Balans)

13.Dərs

  • Maliyyə nəticəsi haqqında hesabat (Mənfəət və zərər)

14.Dərs

  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.

15.Dərs

  • Kapitaldakı dəyişikliklər haqqında hesabat.

16.Dərs

  • Bank mədaxil və məxaric əməliyyatları, kassa mədaxil və məxaric əməliyyatları, çek kitabçası, ƏDV depozit hesabı və əməliyyatları.

17.Dərs

  • Alış əməliyyatları və alınmış malların geri qaytarılması əməliyyatları,
  • Satış əməliyyatları və satılmış malların geri qaytarılması əməliyyatları.

18.Dərs

  • Muzdlu iş (əmək müqaviləsi) və xidmət müqaviləsi. İş vaxtının uçot tabeli, istehsalat təqvimi, əməkhaqqından tutulmaların hesablanması.

19.Dərs

  • Vəzifə maaşı və orta əmək haqqı anlayışı və tətbiqi.
  • Məzuniyyət haqqının hesablanması və ödənilməsi, müavinətlərin hesablanması və ödənilməsi,
  • 1C 8.3 - Əmək haqqının uçotu.

20.Dərs

  • ƏDV reqlament və Ayın bağlanması əməliyyatları, ən çox istifadə edilən 1C 8.3 hesabatları.
Nigar İbadova AZINKO DEVELOPMENT MMC, Maliyyə Meneceri.

2 ay  davam edəcək təlimin 1 aylıq ödənişi 200 AZN olaraq təyin edilmişdir, ümumi ödəniş 400 azn təşkil edir.

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
 

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!

Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (elektron)
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

Sertifikat: İştirakçılar 2 növ sertifikatla təltif olunurlar:
Təlimin ümumi müddətinin ən az 80%-də iştirak edən və sonda keçiriləcək imtahandan 70%-dən yüksək nəticə göstərənlər "Müvəffəqiyyət", digərləri isə "İşitrakçı" sertifikatı əldə edirlər. 

Təlimin ümumi müddəti 40 saat olmaqla 2 ay davam edir. 20 dərsdən ibarətdir. Hər dərs 2 saat olmaqla həftədə 2 dəfə keçirilir.  

Müraciət et

Popular courses