Sübhan Qasımlı

Maliyyə idarəetməsi və korporativ maliyyə sahəsində strateji və rəhbər vəzifələrdə 12 illik təcrübəsi ilə Sübhan Qasımlı öz zəngin bilik və təcrübəsini bizim təlimlərdə bölüşür. Sənayenin istehsal, xidmət və ticarət kimi müxtəlif sahələrində geniş təcrübəsinin olması, həmçinin müxtəlif şirkətlərin İdarə Heyəti və Müşahidə Şurası kimi ən üst rəhbərliyində təmsil olunması onun təlimlərini daha da maraqlı və təcrübi nümunələrlə dolu edir. 
Cənab Qasımlı Association of Chartered Certified Accountants (ACCA) üzvüdür və MBA dərəcəsinə malikdir və daim öz bilik və bacarıqlarının təkmilləşdirilməsi üzərində işləyir. Onun akademik təhsili və bilikləri praktiki təcrübəsi ilə vəhdət yaradaraq cənab Qasımlını maliyyə sahəsində çalışmaq və biliklərini təkmilləşdirmək istəyən mütəxəssislər üçün ideal müəllim edir. 

 

Əsas ixtisaslaşma sahələri:

•    Maliyyə və mühasibatlıq funksiyalarının yenidən və ya sıfırdan qurulması 
•    Maliyyənin idarə edilməsi və maliyyə hesabatlılığı
•    Strateji planlaşdırma və büdcə prosesi
•    Korporativ maliyyə və investisiya strategiyaları 
•    Biznesin qiymətləndirilməsi və maliyyə modelləşdirilməsi 
•    BMHS-in tətbiqi və hesabatlılıq
•    İdarəetmə Məlumat Sistemlərinin (İMS) modelləşdirilməsi və tətbiqi 
•    Risklərin idarə edilməsi və daxili nəzarət 

 

İş təcrübəsindən əsas məqamlar:

- 2022 – davam edir
RAM Holdinqdə Maliyyə Direktoru və İdarə Heyətinin üzvüdür, maliyyə funksiyasına nəzarət edir, korporativ maliyyə sisteminin qurulmasına və biznes strategiyasının formalaşdırılmasına, həmçinin maliyyə hesabatlılığı və büdcələşdirmə sisteminin ilk dəfə qurulmasına və inkişaf etdirilməsinə töhfə verir.

- 2020-2022
AVT Logistika və Nəqliyyat şirkətində Maliyyə Direktoru və İdarə Heyətinin üzvü, maliyyə funksiyasına nəzarət edib və qiymət təyin etmə strategiyasının, maliyyə hesabatlılığı və büdcə proseslərinin inkişaf etdirilməsini təmin edib. 

- 2017-2020
Sinteks Şirkətlər Qrupunda Qrup Maliyyə Direktoru və Müşahidə Şurasının üzvü, maliyyə funksiyasının yaradılması, şirkətlər qrupundə ilk dəfə peşəkar uçot və hesabatlılığın formalaşdırılması, BMHS-nin uçot və hesabatlılıqda tətbiqi, ilk dəfə ERP-nin tətbiqi və büdcə sisteminin tətbiqini təmin edib.  

- 2012-2017 
NEXIA International EA MMC-də Menecer, korporativ maliyyə, qiymətləndirmə və maliyyə modelləşdirmə layihələrində ixtisaslaşıb. 

 

Tədris təcrübəsi:

- 2017-2020
ADA Universitetində Maliyyə və Mühasibat fənləri üzrə ziyarətçi professor. Maliyyə uçotu, İdarəetmə uçotu, İnvestisiya qiymətləndirilməsi və Korporativ maliyyə fənlərini tədris edib.

- 2015-2017
Qafqaz Universiteti, Maliyyə kafedrasında ziyarətçi professor. Məsrəflərin uçotu və korporativ maliyyə fənlərini magistr və bakalavr tələblələrinə  üzrə tədris edib. 

- Müxtəlif illərdə təlim mərkəzlərində ACCA kvalifikasiyasının F2, F3, F7, F9 fənləri, həmçinin digər maliyyə və mühasibatlıq mövzularında təlimlər keçib.

Müraciət et

Popular courses