Dəyanət Ağayev

Müxtəlif yerli və əcnəbi şirkətlər üçün konsultasiyalar həyata keçirmiş, bizneslərin inkişafına yaxından dəstək olmuşdur. Biznes idarəçiliyi mövzuları üzrə təlimçi və mentor kimi fəaliyyət göstərir. Hal-hazırda HuCap Consulting şirkətinin təsisçisi və direktoru, Paprec Enerji şirkətinin İnsan Resursları Departamentinin rəhbəridir. 
2018 – 2020-ci illər arasında isə Moderngroup Holdinqin İnsan Resursları Departamentinin Direktoru, Bizim Market və Novas Home mağazalar şəbəkəsində İnsan Resursları Departamentinin Direktoru vəzifəsini icra etmişdir. 2017-2018-ci illərdə Gilan Holding-də İnsan Resurları üzrə Auditor, 2013-2017-ci illərdə CNİM Azerbaijan-da İnsan Resursları üzrə baş mütəxəssis və menecer, 2009-2013 –cü illərdə DİA Holding-də İnsan Resurları üzrə mütəxəssis və baş mütəxəssis vəzifələrini icra etmişdir. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakültəsini bitirmiş, və Amerika Birləşmiş Ştatlarında, Silverton məkəbində FLEX proqramının qalibi olaraq 1 illik təhsil almışdır.
İnsan Resursları İdarəetməsi sahəsində CİPD tərəfindən verilən beynəlxalq qvalifikasiyaya sahibdir.

Müraciət et

Populyar kurslar