Biznesyönümlü Excel Təlimi
online offline

10 ildir ki peşəkar fəaliyyəti ilə təlim sektorunun öncül şirkətlərindən olan "Business Management School" MMC Excel üzrə də fərqli konseptlərdə təlimlər təşkil etməkdədir. Bu təlimlərdən biri də "Biznesyönümlü Excel" təlimidir. 

Excel təlimlərimiz, ölkəmizin aparıcı şirkətlərində mütəxəssis və rəhbər vəzifələrində çalışan, MOSE sertifikatına sahib olan peşəkar təlimçilər tərəfindən tədris edilməkdədir.
 

Excel təlimi kimlər üçün nəzərdə tutulub ?

• Hərkəsin anlayacağı dildə Excel, sizin üçün, işiniz üçün !
• Məlumatları analiz etmək və işini böyütmək istəyənlər.
• Sahibkarlar, freelancerlər və gündəlik həyatında məlumat bazası ilə çalışanlar.
• Daha açıq, daha anlaşılan və ən əsası daha doğru məlumatlar üçün.

1. Excelin Əsasları, Home Menyu, Insert Menyu
• Excel interfeysinə giriş
• İş kitabı və iş səhifəsi əsasları
• Home menyusundan istifadə: Hüceyrə formatlaşdırma, şriftlər, düzülüş, nömrə formatları
• Insert menyusu: Diaqramlar, cədvəllər, şəkillər və formalar əlavə etmək

 

2. Pivot Cədvəllər Pivot Diaqramlar
• Pivot cədvəllərin yaradılması və fərdiləşdirilməsi
• Pivot cədvəllərdə filter və slicerlərdən istifadə
• Pivot diaqramlarla vizual təqdimatlar yaratmaq
• Pivot cədvəllərin inkişaf etmiş xüsusiyyətləri

 

 3. SUM, AVERAGE, SUBTOTAL, Əsas Formullar
• Excel-də əsas formulalara giriş
• SUM, AVERAGE və onların fərqli variantları
• Filtr olunmuş məlumatlar üçün SUBTOTAL funksiyası
• Formulalar üçün əsas qısayollar

 

4. SUMIF, SUMIFS, VLOOKUP, INDEX, MATCH
• SUMIF və SUMIFS ilə şərti toplama
• Axtarış funksiyaları: VLOOKUP, HLOOKUP
• İnkişaf etmiş axtarış: INDEX və MATCH
• Axtarış funksiyalarının kombinasiyası

 

5. COUNT, COUNTA, COUNTBLANK, COUNTIF, COUNTIFS
• Hüceyrələrin sayılması: COUNT, COUNTA, COUNTBLANK
• Şərti sayma: COUNTIF və COUNTIFS
• Sayma funksiyalarının praktik nümunələri
• Yayğın xətaların həlli

 

6. Mətn Funksiyaları: CONCATENATE, LEFT, RIGHT, MID
• CONCATENATE və TEXTJOIN ilə mətnlərin birləşdirilməsi
• Alt mətnlərin çıxarılması: LEFT, RIGHT, MID
• Mətn manipulyasiyasının praktik nümunələri
• Text-to-Columns və Flash Fill

 

 7. Məntiqi Tarix Funksiyaları
• Məntiqi formulalar: IF, AND, OR, NESTED IF
• Tarix və zaman funksiyaları: TODAY, NOW, WEEKDAY
• Şərti formatlamada məntiqi funksiyalardan istifadə
• Dinamik tarix hesablamaları üçün nümunələr

 

8. UPPER, LOWER, PROPER, Mətn Təmizlənməsi
• Mətnlərin kiçik və böyük hərflərə çevrilməsi: UPPER, LOWER, PROPER
• Məlumatların təmizlənməsi və formatlaşdırılması
• Böyük mətn məlumatlarının idarə olunması
• Mətn funksiyalarının formulalarla birləşdirilməsi 

 

9. Şərti Formatlama Məlumatın Doğrulanması
• Şərti formatlama qaydalarının tətbiqi
• Xüsusi qaydalar və rəng skalalarından istifadə
• Data Validation: Açılan siyahılar, məhdudiyyətlər və xəbərdarlıqlar
• Xəta idarəetməsi ilə məlumat doğrulaması

 

 10. Məlumatların İdarə Edilməsi Təşkili
• Dublikatların silinməsi və məlumatların təmizlənməsi
• Flash Fill ilə sürətli məlumat girişi
• Məlumatların qruplaşdırılması və açılıb-bağlanması
• Sətir və sütunların gizlədilməsi, göstərilməsi və dondurulması

 

11. Məlumatların Təhlili üçün İnkişaf Etmiş Alətlər
• Məlumatların çeşidlənməsi və filtrlənməsi
• Mürəkkəb situasiyalar üçün Advanced Filter
• Cədvəllər və strukturlu istinadlar
• Məlumatların tez zamanda xülasəsi

 

12. Vebdən Məlumatların Alınması Yenilənməsi
• Veb mənbələrindən məlumatların gətirilməsi
• Xarici məlumat əlaqələrinin başa düşülməsi
• Məlumatların avtomatik yenilənməsi
• Biznes hesabatları üçün veb məlumatlarının inteqrasiyası

 

Ayxan Kərimli "Azərsun Holding", Maliyyə Analiz üzrə baş mütəxəssis

✍ Təlimin ödənişi: Təlimin  ödənişi 240 manat təşkil edir.

Təlim iştirakçıları üçün iki kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
 

  • Ödənişi tam kart ilə faizsiz olaraq 3 aya bölməklə etmək mümkündür.
     

 Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk


✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə  “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlim həftədə iki gün olmaqla keçirilir və 6 həftə davam edir. Təlim gün və saatları aşağıdaki kimidir;

1-ci gün, saat 19:00 - 21:00
4-cü gün, saat 19:00 - 21:00

Təlimin növbəti qrupu 27 yanvar 2025-ci il tarixində start götürəcək. 

Müraciət et

Populyar kurslar