Dr. Nicat Əliyev bakalvr təhsilini 2008-ci ildə Türkiyənin Dokuz Eylul Universitetinin riyaziyyat ixtisasında tamamlayıb. Magistr təhsilini Orta dogu Teknik Universiteti ve Bahcesehir Universitetlərində tamamladıqdan sonra, doktorantura təhsilini 2018-ci ildə Türkiyənin ve dünyanın ən nüfuzlu universitetlərindən olan Koç universitetində tamamlayıb. Doktorantura təhsili əsnasında Almaniyanın nufuzlu Max Planck Institutunda tədqiqatçı olaraq çalışıb. Doktorantura təhsilindən sonra Turkiyənin Sabahattin Zaim universitetində baş müəllim, tədqiqatçı ve riyaziyyat mərkəzinin rəhbəri, UFAZ, Ada universitetlərində riyaziyyat və data science müəllimi, Azərbaycan milli elmler akademiyasının riyaziyyat və Mexanika institutunda elmi işçi kimi fəaliyyət göstərib.
2021- ci ildən indiyə kimi Çexiyanın Karlova universiteti daha sonra Çex Texniki universitetlərində tedqiqatçı, Almaniyanın Berlin International Universitetində, Fransanın Paris de College universitetində və Amerikanın Careerera tehsil şirkətində data science, data analiz ve Python programlaşdırma müəllimi kimi fəaliyyət göstərib.
Yüksək reytingli beynelxalq jurnallarda dərc olunmuş bir çox elmi məqalənin ve bir kitabın müəllifidir. 2022-ci ildə təsis etdiyi "Dataco. Consulting and Training" şirkətinin direktorudur. Data Analitika, Data Science ve Suni intellect üzrə doktorantura dərəcəsinə sahib Azərbaycanın yeganə süni intellekt üzrə ekspertidir. Bir çox yerli ve beynelxalq şirkətə data analitika ve süni intellekt üzrə konsultasiya ve data analitika təlimi verib.