Rəhbərlər üçün Maliyyə Təlimi
online offline

"Business Management School" MMC Rəhbərlər üçün Maliyyə təliminin növbəti sessiyasına qeydiyyatları açıq elan edir. 

Bu proqram sizin üçündür, əgər:

  • Siz rəhbər vəzifədəsiniz və maliyyə hesabatlarını anlayıb təhlil etməli, maliyyə göstəriciləri əsasında idarəetmə qərarları qəbul etməlisinizsə;
  • Siz mühasibləri və maliyyəçiləri daha yaxşı başa düşmək, onlarla eyni dildə danışmaq və ya onların qarşısında daha aydın tapşırıqlar qoymaq və onların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə;
  • Sizin vəzifəniz xərcləri təhlil etmək və onları optimallaşdırmaq üçün mümkün həllər tapmaqla əlaqədardırsa;
  • Siz yeni layihənin/istiqamətin iqtisadi səmərəliliyini hesablamaq və ona investisiya etmək və ya etməmək barədə qərar qəbul etmək istəyirsinizsə.


Təlim nə haqqındadır?

  • Siz maliyyəçi deyilsiniz, lakin maliyyəçi həmkarınızla işləyərkən daim rəqəmlər və tam anlamadığınız anlayışlarla qarşılaşırsınız?

  • Şöbənin effektivliyini necə düzgün qiymətləndirəcəyinizə əmin deyilsiniz? Və ya maliyyə hesabatlarında deyilənləri rahatlıqla başa düşmürsünüz?

  • “Rəhbərlər üçün Maliyyə” təlimi Sizə rəhbər vəzifələrdə çalışan biri olaraq maliyyə haqqında sadə və əlçatan bir şəkildə danışmağa kömək edəcək.

  • Təlim ən zəruri məsələləri əhatə edir: hesabatlar, maliyyə göstəriciləri, büdcə, investisiyalar. Mövzunun daha yaxşı mənimsənilməsi üçün təlimdə keyslər və problemlərin təcrübi həlli üçün alətlərdən istifadə edilir. Rəhbərlər üçün maliyyə təlimi maliyyə idarəetməsi prosesinə kompleks baxışı inkişaf etdirmək məqsədi daşıyır: nə, nə səbəbdən və nə məqsədlə. Təlimdə nəticəsində siz mühasibləri və maliyyəçiləri daha yaxşı anlamağa, onlarla daha anlaşıqlı ünsiyyət qurmağa başlayacaqsınız.

 

Təlim nəticəsində Siz:

  • İstənilən şöbə və ya şirkətin fəaliyyətini obyektiv qiymətləndirməyi öyrənəcəksiniz ki, bu da öz növbəsində optimal idarəetmə qərarları qəbul etməyə imkan verəcək.
  • Şirkətin maliyyə göstəricilərini hesablamağı və təhlil etməyi, həmçinin şirkətiniz üçün müvafiq hesablama alətinin (hesabatların) yaradılmasını öyrənəcəksiniz.
  • Şirkətin əməliyyat və maliyyə büdcələrinin formalaşmasının məntiqini başa düşərək prosesə rəhbərlik edə biləcəksiniz.
  • Şirkətin maliyyə resurlarından daha səmərəli istifadə etməyə və maksimum imkan verəcək qərarlar qəbul emtək bacarıqları əldə edəcəksiniz.

1. Müəssisənin maliyyə fəaliyyətinin əsasları

  • Müəssisənin Maliyyə Funksiyası – rolu, strukturu, əhəmiyyəti. Şirkətin maliyyə siyasəti.
  • "Mühasibat uçotu" anlayışı. Mühasibat uçotu, maliyyə hesabatları, vergi və idarəetmə uçotu.
  • Biznes və maliyyənin əsas göstəricilər əsasında idarə edilməsi
  • Biznesin inkişafının hər bir mərhələsində minimum maliyyə sənədləri toplusu hansıdır?
     

2. Maliyyə Hesabatlarının Sirləri

  • Müəssisənin əsas maliyyə hesabatları və onların əlaqəsi
  • Mənfəət-zərər hesabatı (SoP&L). Mənfəətin hesablanması üçün müxtəlif variantlar: məcmu mənfəət, EBITDA, əməliyyat mənfəəti, EBIT və xalis mənfəət. Onları nə vaxt və necə düzgün istifadə etmək olar?
  • Maliyyə vəziyyəti haqqında hesabat (balans hesabatı) - şirkətin vəsaitlərinin mənbələri və onlardan istifadə istiqamətləri
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (PVHH) pul vəsaitlərinin hərəkətinin idarə edilməsi vasitəsi kimi. Təşkilatın əməliyyat, investisiya və maliyyə fəaliyyətləri hansılardır?
  • Keys: Maliyyə hesabatlarının oxunması. Üç əsas maliyyə hesabatında əlaqələrin təhlili.
     

3. Maliyyə təhlili və rəhbərlər üçün əsas göstəricilər (qərarların effektivliyinin təhlili)

  • Sahibkarlar, kreditorlar və menecerlər üçün müəssisə fəaliyyətinin əsas göstəriciləri
  • Müştərinin maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlili
  • Hansı göstəricilər gəlirliliyi xarakterizə edir? Satış səmərəliliyi, aktivlərdən və ya kapitaldan istifadə səmərəliliyi
  • Biznes fəaliyyətinin təhlili. Şirkətin maliyyə tsiklinin hesablanması. Dövriyyə kapitalının idarə edilməsi: ehtiyatlar, debitor və kreditor borclar
  • Kapitalın gəlirliliyini (ROE) təhlil etmək üçün Du-Pont modeli
  • Keys: Excel-də maliyyə hesabatlarının təhlilinin, o cümlədən horizontal, şaquli, nisbət analizinin aparılması


4. Xərclərin idarə edilməsinin əsasları

  • İdarəetmə uçotu “qərar qəbuluna dəstək sistemi” kimi
  • Xərcləri birbaşa və dolayı, sabit və dəyişənlərə necə düzgün təsnif etmək olar. Xərclərin təsnifatındakı səhvlərin nəticələri nə ola bilər?
  • İdarəetmə qərarları qəbul etmək üçün CVP təhlilindən istifadə. Minimum tələb olunan satış planının müəyyən edilməsi. Keys: CVP təhlili əsasında yeni bazarlara daxil olmaq barədə qərarlar qəbul etmək
  • Məhsul və xidmətlər üzrə icazə verilən maksimum endirimlərin hesablanması (marjinal yanaşma əsasında)
  • Əməliyyat və maliyyə alətlərinin iqtisadi mənası. İdarəetmə qərarları qəbul edərkən onlardan necə istifadə etmək olar?
  • Keys: ABC analizi əsasında gəlirlilik təhlilinin aparılması (Activity Based Costing)


5. Büdcənin əsasları

  • Ümumi büdcə prosesi. Şirkətin əməliyyat və maliyyə büdcələri. Büdcə prosesinin ardıcıllığı
  • Şirkətin üç əsas maliyyə büdcəsi: onların məqsədləri və fərqləri?
  • Pul vəsaitlərinin hərəkətinin təhlili və şirkətdə nağd pul çatışmazlığının səbəbləri. Pul defisitinin proqnozlaşdırılması
  • Keys: Excel-də maliyyə modeli ilə işləmək, o cümlədən gəlir və xərclər büdcəsi, pul vəsaitlərinin hərəkəti büdcəsi, maliyyə vəziyyəti büdcəsi


6. İnvestisiya qərarlarının qiymətləndirilməsinin əsasları (performans təhlili)

  • İnvestisiya və investisiya layihəsi konsepsiyası
  • Pulun zaman dəyəri. Faizin seçilməsi. Layihənin maliyyələşdirilməsi
  • İnvestisiyaların effektivliyinin qiymətləndirilməsi üçün əsas göstəricilər: geri ödəmə müddəti (BEP), xalis cari dəyər (NPV), daxili mənfəətlilik dərəcəsi (IRR)
  • Keys: İnvestisiya layihəsinin effektivlik göstəricilərinin hesablanması və onun həyata keçirilməsinə dair qərarın qəbul edilməsi
  • Layihənin investisiyaların ölçüsündə, gəlir və xərclərin həcmində dəyişikliklərə həssaslığının təhlili

 

 

14 saat müddətində olan təlimin ödənişi 400 AZN olaraq təyin edilmişdir. 

- Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz. 
 

Endirimlər:

- Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduqda 5%, 3 ve daha artıq iştirakçı qoşulduğu təqdirdə 10% endirim tətbiq edilir;
- BMS məzunları üçün 10% endirim tətbiq edilir.
 

Ödənişə daxildir:

- Çay fasiləsi
- Praktiki çalışmalar
- Təlim materialları ( Elektron )
- Sertifikat

Təlim həftənin 3-cü günləri saat 19:00 - 21:00 aralığında, şənbə günləri saat 15:00 - 17:00 aralığında olmaqla həftədə 2 dəfə keçiriləcəkdir.
 

15 Yanvar - 19:00 - 21:00
18 Yanvar - 15:00 - 17:00
22 Yanvar - 19:00 - 21:00
25 Yanvar - 15:00 - 17:00
29 Yanvar - 19:00 - 21:00
01 Fevral - 15:00 - 17:00
04 Fevral - 19:00 - 21:00

Müraciət et

Popular courses