İnvestisiya və Maliyyə Bazarları Haqqında Əsas Anlayışlar
online offline

"Business Management School" MMC İnvestisiya və Maliyyə Bazarları Haqqında Əsas Anlayışlar təliminin 2-ci sessiyasına qeydiyyatları açıq elan edir.

 

Təlimin Məqsədi

Maliyyə bazarları və iştirakçıları haqqında təsəvvürə malik olmaq, əsas maliyyə alətləri olan istiqrazlar, səhmlər, alternativ alətlər haqqında anlayışa malik olmaq.

 

Təlimdə kimlər iştirak edə bilər?

Biznesmenlər, tələbələr, maliyyə və bank sektorunda investisiya sahəsində çalışan əməkdaşlar təlimdə iştirak edib öz ideya və hədəflərinə çatmaq üçün addım ata bilər.
Ümumilikdə təlimdə investisiya sahəsində maraqlı olan hər kəs iştirak edə bilər.

 

Təlimdən hansı nəticələri əldə edəcəksiniz?

- Mövcud maliyyə bazarları və maliyyə alətləri haqqında biliklərə sahib olmaq və treydinqlə bağlı ilkin addımları ata bilmək.
- Hara və necə investisiya edilməli olduğunu analiz edə bilməyi, nə əsasında dəyərləndirilməli və biznes düşüncə hansı səviyyədə olmalı olduğunu öyrənəcəksiniz. Bu qərar vermə və addım atma zamanı sizə dəstək olacaq

 

  • Maliyyə Bazarları və iştirakçıları.
  • Faiz, onun formalaşması
  • Monetar siyasət və əsas iqtisadi analayışlar
  • Maliyyə alətləri
  • İstiqrazlar
  • Səhmlər 
  • Alternativ maliyyə alətləri
  • Daşınmaz əmlak
  • Metallar
  • Əmtəə
  • Müştərək fondlar
  • Kriptovalyutalar
  • Müxtəlif analiz üsulları
  • Treydinq psixologiyası
  • Nədən və necə başlamalı.

Təlimin müddəti: 16 saat
Təlimin oflayn ödənişi: 300 AZN

 

Təlim ödənişini  hissələrı bölüb ödəmək mümkündür:
Təlimin ödənişinin 100 manatı qeydiyyatı rəsmiləşdirmək üçün öncədən ödənilir. Qalan ödənişi hissəsi isə təlimin son gününə qədər ödənilməlidir.

Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.

Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (Elektron)
- Sonda keçiriləcək imtahan
- Çay- kofe fasiləsi
- Sertifikat

 

Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.

Təlimin ümumi müddəti 16 saat olmaqla 1 ay davam edir. 4 dərsdən ibarətdir. Hər dərs 4 saat olmaqla həftədə 1 dəfə keçirilir.  Təlim həftə sonu şənbə günü(6-cı gün) olur. 10:00-dan etibarən başlayır.

İnvestisiya
Təlimçi Dərs tarixləri Saatları
Seymur İbadov 30 noyabr (6-cı gün) 10:00-14:00
7 dekabr (6-cı gün) 10:00-14:00
14 dekabr (6-cı gün) 10:00-14:00
21 dekabr (6-cı gün) 10:00-14:00

Müraciət et

Popular courses