

"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: "ISO 31000:2018 Təlimi"nə qeydiyyatlar başladı!
Təlimin məqsədi:
ISO 31000:2018 tələblərinə əsasən şirkətdə risklərin idarəedilməsi sisteminin təşkili, standartın tələblərinin öyrənilməsi, həmçinin risklərin qiymətləndirilməsi üzrə bilik və bacarıqların əldə edilməsi.
Əldə ediləcək biliklər:
Şirkətin qarşılaşdığı risklərin idarəedilməsinə dair rəhbəredici göstərişləri, o cümlədən risklərin idarə olunması prinsiplərini, həmçinin risklərin idarə olunması proseslərinin şirkətin fəaliyyətinə inteqrasiyası, risklərin səbəb və nəticələrinin, habelə onların təbiətinin, əmələgəlmə mənbələrinin müəyyən edilməsi üzrə biliklər.
Əldə ediləcək bacarıqlar:
Şirkətdə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yolu ilə qarşıya qoyulan strateji hədəflərə nail olunmasına, fəaliyyətin səmərəliliyi və davamlı inkişafının təmin edilməsi bacarıqlarının mənimsəməsi.
Təlimdə kimlər iştirak edə bilər?
Tətbiq sahəsi
Prinsiplər
Risklərin idarə edilməsi sisteminin strukturu
Hazırlama
Tətbiqetmə
Qiymətləndirmə
Təkmilləşdirmə
Proses
İnformasiyanın mübadiləsi və məsləhətləşmə
Tətbiq sahəsi, kontekst və meyarlar
Riskin qiymətləndirilməsi
Riskin emalı
Monitorinq və təhlil
Nəticələrin qeydiyyatı və hesabatlaşma
Təlim yanaşması:
✍ Təlimin ödənişi: Təlimin ümumi ödənişi azn təşkil edir.
Təlim iştirakçıları üçün iki kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
1.“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
2.Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
Ödənişi tam kart ilə faizsiz olaraq 3 aya bölməklə etmək mümkündür.
✔ Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Çay-kofe fasiləsi
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.