

"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: "0-dan başlayanlar üçün Logistika Mütəxəssisi Təlimi"nə qeydiyyatlar başladı!
Təlimdə kimlər iştirak edə bilər?
Logistika sahəsində mütəxəssis kimi yetişərək karyera qurmaq istəyən hər kəs bu təlimdə işitrak edə bilər.
Siz bu təlimdə işitrak etməklə nələri öyrənəcəksiniz?
- A-dan Z-yə Logistika proseslərini həm nəzəri olaraq öyrənəcək, həm də praktiki bacarıqlara yiyələnəcəksiniz;
- Gömürk qanunvericiliyini və prosedularını peşəkar səviyyədə öyrənəcəksiniz;
- Logistika mütəxəssisi olaraq yetişəcək və bu sahədə karyera qurmaq üçün tam hazır olacaqsınız.
- Nəqliyyat logistikasının tarixi;
- Logistikada qısaldılmış terminlər;
- Logistikada istifadə olunan xəritə;
- Çatdırılma şərtləri – İncoterms.
- Yüklərin qablaşdırılması və markalanması (işarələnməsi);
- Yüklərin nəqliyyat vasitələrinə yüklənməsi və bərkidilməsi;
- Daşımaçılıqda istifadə olunan sənədlər – yükün qaiməsi, çəki vərəqi, ixrac bəyannaməsi, mənşə sertifikatı, baytarlıq (veterinar) sertifikatı və fitosanitar sertifikat.
- Təhlükəli yüklər, onların bölgüsü, sənədlərdə qeyd olunması və qablaşdırılması. Təhlükəlilik piktoqramları;
- Yükdaşıma sorğusunun hazırlanması və daşıyıcı şirkətin seçilməsi;
- Yüklərin quru yolu ilə daşınması: yük daşıyan maşınların bölgüsü və bu daşımalarda istifadə olunan sənədlər. Bu sahəyə aid Beynəlxalq təşkilatlar və Beynəlxalq Qanunlar (Konvensiyalar).
- Yüklərin dəniz yolu ilə daşınması: gəmilərin və konteynerlərin bölgüsü, dəniz limanları və orada həyata keçirilən əməliyyatlar. Bu sahəyə aid Beynəlxalq təşkilatlar və Beynəlxalq Konvensiyalar. Dəniz yolu ilə daşımalarda istifadə olunan sənədlər;
- Yüklərin hava yolu ilə daşınması: təyyarələrin bölgüsü, hava limanları, onların kodlaşdırılması. Hava yolu ilə daşımalarda qiymətin formalaşması və və bu daşımalarda istifadə olunan sənədlər;
- Yüklərin dəmir yolu ilə daşınması: vaqonların bölgüsü, dəmir yol stansiyalarının kodlaşdırılması və bu daşımalarda istifadə olunan sənədlər;
- Logistikada risklər və onların azaldılması yolları.
- Praktiki məsələlər.
- Gömrük qanun vericiliyi ve gomrük nəzarəti
- Gömrük komitəsinin struktur,idarələri ve postları
- Gömrük rəsmiləşdirilməsinin aparılması
- Gomruk rəsmiləşdirilməsi üçün yükün senedlerinin hazirlanmasi
- Mənşə və AQTA sertifikatlarının alınmasi
- Gömrük prosedurları
- XİFMN-nin sinifləşdirilməsi ve eyniləşdirilməsi
- Gömrük tarifi ve rüsumlari
- Gömrük dəyəri ve onun formalaşması
- Gömrük ödənişlərinin hesablanması
- Gömrük terminallarından yükün çıxardılması.
- Praktik məsələlər
✍ Təlimin ödənişi: Təlimin ümumi ödənişi 290 azn təşkil edir.
Təlim iştirakçıları üçün iki kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
1.“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
2.Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
Ödənişi tam kart ilə faizsiz olaraq 3 aya bölməklə etmək mümkündür.
✔ Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Çay-kofe fasiləsi
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
Təlimin müddəti ümumilikdə 24 saatdır.