0-dan başlayanlar üçün Layihələrin idarə edilməsi (PMI CAPM imtahanına hazırlıq daxil)
online offline

Layihələrin idarə edilməsi üzrə xüsusi təlim proqramı, bu sahədə yeni karyeraya başlayacaq və ya artıq başlayanlar üçün nəzərdə tutulmuş və PMI tərəfindən təqdim olunan CAPM (Certified Associate in Project Management) sertifikatı üçün hazırlıq prosesini əhatə proqramdır və onlayn şəkildə keçirilir. Bu proqram, layihələrin idarə edilməsi sahəsində ən son trendləri və ənənəvi metodlarla yanaşı, Agile metodologiyasını əhatə edir.

 

Bu təlimdə iştirak etmək sizə nə qazandıracaq?

  • Təlim ərzində iştirakçılar layihə idarəetməsinin müxtəlif yanaşmaları ilə tanışlıq
  • Real yerli və beynəlxalq layihələrdə tətbiq edilə bilən praktiki bacarıqlar qazanmaq.
  • CAPM sertifikatı imtahanına hazırlıq
  • Agile mühitində layihələri effektiv idarə etməyə də hazırlayır bacarıqları

Təlimin məzmunu:

  1. Layihə idarəetməsində əsas trendlər
  2. Layihə menecerinin portreti və rolu
  3. Layihə idarəetməsinin tarixi və inkişafı
  4. Portfel, proqram və layihələr arasındakı əlaqə
  5. Layihə idarəetmə ofisinin funksiyaları
  6. Layihə təşəbbüslərinin idarə edilməsi və biznes zərurəti
  7. Layihə və təşkilat strategiyası arasındakı əlaqə
  8. Yeni məhsulun yaradılması prosesi
  9. Təşkilatın xarici mühit amilləri və layihəyə təsiri
  10. Layihənin həyat dövrləri
  11. Project Charter və onun əsas elementləri
  12. Maraqlı tərəflərlə işin təşkili və idarə edilməsi
  13. Kommunikasiyanın idarə olunması
  14. Layihənin iş planı və Project Scope-un hazırlanması
  15. Layihə tələblərinin yazılması (ənənəvi və Agile yanaşmalar)
  16. Məhsulun yol xəritəsi və inkişaf mərhələləri
  17. Praktik məşğələlər və real layihə simulyasiyaları
  18. Work Breakdown Structure (WBS) – işlərin strukturlaşdırılması
  19. Layihələrdə vaxtın effektiv idarə edilməsi (Network Diagram daxil olmaqla)
  20. Layihənin büdcə planlaması və maliyyə idarəetməsi
  21. Keyfiyyətin idarə edilməsi və layihədə yüksək standartların təmin edilməsi
  22. Layihə risklərinin idarə edilməsi və aradan qaldırılması
  23. Layihələrdə öyrənilən dərslər və təcrübələr
  24. Monitorinq və nəzarət proseslərinin təşkili
  25. Layihənin təsirinin qiymətləndirilməsi və qazanılmış dəyərin hesablanması
  26. Agile mühitində monitorinq və nəzarət metodları
  27. Agile layihə idarəetməsi və adaptiv yanaşmalar
  28. Layihələrdə dəyişikliklərin idarə edilməsi
  29. Adaptivlik və uyğunlaşma bacarıqlarının inkişafı
  30. Layihə idarəetməsində yeni rollar və funksiyalar
  31. Komandanın idarə edilməsi və resursların effektiv bölüşdürülməsi
  32. Layihələrin uğurla yekunlaşdırılması və nəticələrin təhlili

Təlimin ödənişi: 350 AZN

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.

  • Təlim ödənişini hissələrlə ödəmək mümkündür:
    Təlimin ödənişinin 100 manatı qeydiyyatı rəsmiləşdirmək üçün öncədən ödənilir. 
  • Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
    1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
    2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.

 

Ödənişə daxildir:
- Elekton təlim materialları
- Nəticə imtahanı
- Sertifikat

 

 

✍ Sertifikat: 

Təlimin ümumi müddətinin 80%-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.

Sonda keçirilən yekun imtahanda 70% üzəri nəticə göstərən iştirakçılar isə  “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlim onlayn fromada keçrilir və təlimin saat miqdarı ümumilikdə 30 saatdır və 1 ay 2 həftə ərzində tədris edilir. 

0-dan başlayanlar üçün Layihələrin idarə edilməsi (PMI CAPM imtahanına hazırlıq daxil)
Təlimçi Dərs tarixləri Saatları
İlham Yusifov 3 dekabr (2-ci gün) 20:00-22:00
7 dekabr (6-cı gün) 16:00-19:00
10 dekabr (2-ci gün) 20:00-22:00
14 dekabr (6-cı gün) 16:00-19:00
17 dekabr (2-ci gün) 20:00-22:00
21 dekabr (6-cı gün) 16:00-19:00
24 dekabr (2-ci gün) 20:00-22:00
28 dekabr (6-cı gün) 16:00-19:00
7 yanvar (2-ci gün) 20:00-22:00
11 yanvar (6-cı gün) 16:00-19:00
14 yanvar (2-ci gün) 20:00-22:00
18 yanvar (6-cı gün) 16:00-19:00
Yekun İmtahan    

Müraciət et

Popular courses