"Business Management School" MMC olaraq təşkil etdiyimiz "Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" təliminin 98-ci sessiyasının qeydiyyatlarını açıq elan edirik.
Təlim kimlər üçün nəzərdə tutulub?
- İnsan Resursları üzrə çalışan hər kəs üçün.
Siz bu təlimdə iştirak etməklə Əmək Məcəlləsini və Qanunvericiliyini dərindən mənimsəyəcək, Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnəcəksiniz.
Əgər bu sahədə işləyirsinizsə, biliklərinizi təkmilləşdirərək daha da peşəkarlaşacaqsınız.
I dərs (4 saat) - Şəhriyar Qurbanov
1. Əmək hüququ üzrə anlayışlar və əmək münasibətlərinin tərəfləri
- Əsas anlayışlar və tənzimləyici hüquqi aktlar
- İşçi və işəgötürən arasında münasibətlərin izahı
2. İşə qəbulun sənədləşdirilməsi
- Ştat cədvəli barədə məlumatlar
- Əmək müqaviləsi və onun əsas şərtlərinin təfsilatlı izahı
- İşçiyə sınaq müddətinin təyin edilməsi və onun tənzimlənməsi
- Elektron Hökumət Portalında əmək müqaviləsi bildirişi ilə bağlı əməliyyatlar
- İşə qəbul zamanı digər sənədləşmə qaydaları
- Əsas və əlavə iş yeri üzrə əmək münasibətlərinin rəsmiləşdirilməsi
3. Əmək müqavilələrinin və əmrlərin uçotu
II dərs (4 saat) - Şəhriyar Qurbanov
4. Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
- Başqa işə keçirmə və onun sənədləşdirilməsi
- Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi
5. Əmək kitabçası və onun düzgün doldurulma qaydaları
- İşə qəbul və başqa işə keçirmə zamanı əmək kitabçasında qeydlərin aparılması
- Əmək kitabçasında digər qeydlərin doldurulma qaydaları
- Əmək kitabçalarının hərəkətinin uçotu kitabı
6. İşçi tərəfindən əmək funksiyalarının müvəqqəti icra edilməsi
- Başqa işə müvəqqəti keçirmə
- Müvəqqəti əvəzetmə, boş vəzifənin icrası
- Boş vəzifəyə müvəqqəti təyinat
III dərs (4 saat) - Şəhriyar Qurbanov
7. İş vaxtı və istirahət vaxtı anlayışı
- Normal iş vaxtı və növləri
- Qısaldılmış iş vaxtı və tətbiqi qaydaları
- Natamam iş vaxtı
- İş vaxtı növlərinin müqayisəsi
- İş vaxtından artıq işin və qeyri-iş günlərində işin tənzimlənməsi və onun sənədləşməsi
- İş vaxtının qısaldılması hallarının izahı
- İstirahət vaxtı və fasilələrin tənzimlənməsi
- İşçinin ezamiyyətinin rəsmiləşdirilməsi
- İş vaxtının uçotu
IV dərs (4 saat) - Təranə Qurbanova
8. İş vaxtının tənzimlənməsi üzrə bəzi məsələlər
- İş vaxtının cəmlənmiş uçotu
- Gecə vaxtı və çoxnövbəli iş rejiminin tənzimlənməsi
9. Əmək məzuniyyəti və onun rəsmiləşdirməsi qaydası
- Əmək məzuniyyətinin rəsmiləşdirilməsi
- Əmək məzuniyyəti günlərinin (o cümlədən xitam zamanı) hesablanması üzrə məsələlərin həlli
- Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi
- İşçilərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya
- Əmək məzuniyyətinin verilməsi zamanı “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyanın tətbiqinin üstünlükləri
- Əmək məzuniyyətinin uçotu
V dərs (4 saat) - Təranə Qurbanova
10. Digər növ məzuniyyətlər və onların rəsmiləşdirməsi qaydası
- İşçinin təhsil məzuniyyətindən istifadəsinin xüsusiyyətləri
- Təhsil və yaradıcılıq məzuniyyətinin fərqi
- Sosial məzuniyyətlərin növləri
- Ödənişsiz məzuniyyətlər
11. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsinin incəlikləri (1-ci hissə)
- İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları
- İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları
VI dərs (4 saat) - Təranə Qurbanova
12. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşdirilməsinin incəlikləri (2-ci hissə)
- Əmək müqaviləsinin müddətinin qurtarması
- Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi halları
- Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
13. İşçilərə intizam tənbehinin tətbiqi qaydaları
14. Məşğulluq sahəsində kadr inzibatçılığı
Təlimin ödənişi 350 AZN olaraq təyin edilmişdir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
- Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (Elektron)
- Nəticə imtahanı və iştirak barədə sertifikat
- Çay - kofe fasiləsi
"Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.
Əmək Məcəlləsi və Kadr Kargüzarlığı | ||||
Təlimçi | Tarix | Saat | Müddət | |
Şəhriyar Qurbanov | 24 noyabr 2024, bazar | 10:00 - 14:00 | 4 saat | |
30 noyabr 2024, şənbə | 10:00 - 14:00 | 4 saat | ||
7 dekabr 2024, şənbə | 10:00 - 14:00 | 4 saat | ||
Təranə Qurbanova | 14 dekabr 2024, şənbə | 10:00 - 14:00 | 4 saat | |
21 dekabr 2024, şənbə | 10:00 - 14:00 | 4 saat | ||
28 dekabr 2024, şənbə | 10:00 - 14:00 | 4 saat |