Əziz Əzimov

2017-2019-cu illər ərzində Gilan Agriculture Group və AgroWest DC MMC şirkətlərində İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2019-cu ilin aprel ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentində müxtəlif vəzifələrdə – Mütəxəssis, Məsləhətçi, Baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir. 2024-cü ilin əvvəlindən isə həmin departamentin Kadrlar şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Xarici dil müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

2022-ci ildə ADA Universitetində “Potensialın inkişaf etdirilməsi” proqramı çərçivəsində “Rəqəmsal transformasiya” təlimlərini uğurla tamamlamışdır. 2023-cü ildə Çin Xalq Respublikasında keçirilmiş "İnkişaf etməkdə olan ölkələrdə insan resurslarının idarəedilməsi və inkişafı" mövzusunda beynəlxalq təlim proqramında iştirak etmişdir. Həmin ildə Ümumdünya Səhiyyə Təşkilatının “Səhiyyə sahəsi üçün süni intellekt etikası və idarə edilməsi” təlimini, müxtəlif illərdə isə Beynəlxalq Əmək Təşkilatı da daxil olmaqla digər qurumların sahəvi təlim proqramlarını bitirərək peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirmişdir.

Müraciət et

Популярные курсы