0-dan başlayanlar üçün Marketinq Mütəxəssisi Təlimi
online offline

 Təlim kimlər üçündür?

- Marketinq sahəsində fəaliyyətə yeni başlayanlar,
- Karyerasını marketinqdə qurmaq istəyənlər və şirkətlərdə digər strukturlarda çalışıb (satış, istehsal, AR-GE, satınalma, HR və s.) marketinq fəaliyyətini anlamaq istəyənlər.
 


Bu təlimdə nə üçün iştirak etməlisiniz?

 

İllər boyu şirkətlərdə marketinq reklam şöbəsi, marketinqçilər isə reklamçı olaraq  nəzərə alınırdı. Bu günün rəqabət şərtlərdə bu tendensiya ciddi şəkildə dəyişir.

 

Marketinq şirkətlərdə mənfəət əldə edilməsi üçün  müştəri ehtiyaclarının öyrənilməsi və bu ehtiyacların ödənilməsi üçün düzgün məhsul təklif edilməsini ehtiva edir.  Marketinqin ən əsas hədəfi şirkətlərdə mənfəəti təmin edəcək strategiyalar hazırlamaq və fəaliyyətlər icra etməkdir. Bu perstpektivdən baxdıqda Marketinq şirkətlərdə ən önəmli funksiyalardan biridir. Bu səbəbdən Marketinq sahəsində karyera qurmaq istəyənlər, marketiq strukturundakı əməkdaşlar ilə çalışanlar  bu funksiyanı çox yaxşı anlamaları və öyrənməlidirlər. 

 

Bu təlimdə marektinqin əsasları, şirkətlərdə yeri, marketinq strategiya hədəfləri, marketinq taktikaları, araşdırmaları haqqında praktiki biliklərə sahib olacaqsınız.

TƏLİM MÖVZULARI

  • Marketinq anlayışı və əsasları
  • Marketinqin şirkətdə yeri
  • Marketinq məqsədi, strategiyası və taktikaları
  • Marketinq mühiti
  • Marketinq araşdırmaları və bazarın təyin edilməsi
  • Marka, kategoriya və marketinq meneceri xüsusiyyətləri
  • Seqmentasiya - Stratejik hədəf seqmentinin seçilməsi
  • Marka mövqeləndirməsi
  • Marketinq hədəfləri
  • Məhsul və məhsul Qərarları
  • Marketinq sistemində qiymət qoyma siyasəti
  • Satış kanallarının idarə edilməsi
  • Marketinq Kommunikasiyaları (ənənəvi/dijital)
  • Brending və Brend arxetipləri
  • Marketinq Plan hazırlanması

 

Səfər Aslanov Aztelekom MMC və Baktelekom MMC-nin Korporativ Əlaqələr sektorunun rəhbəridir

Təlimin həm oflayn, həm onlayn ödənişi: 250 AZN

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!

Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi  ödənilə bilər. 

Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.

Təlimin ümumi müddəti 16 saat olmaqla 1 ay davam edir. 8 dərsdən ibarətdir. Hər dərs 2 saat olmaqla həftədə 2 dəfə keçirilir.  Təlim 1-ci və 3-cü günlər olur. 19:00-dan etibarən başlayır.

 

Müraciət et

Популярные курсы