ISO 9001:2015 "Keyfiyyət İdarəetmə Sistemi"
online offline

Təlimin məqsədi:

 

ISO 9001:2015 tələblərinə uyğun keyfiyyət idarəetmə sisteminin təkminləşdirilməsi üzrə bilik və bacarıqların əldə edilməsi. Standartın yenilənmiş tələblərinə baxılması, şirkətdə keyfiyyət idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırma prosesinə optimal üsulların müəyyən edilməsi.

 

Əldə ediləcək biliklər:

 

ISO 9001:2015 standartın tələblərini; keyfiyyət idarəetmə sistemləri sahəsində terminologiyanı; keyfiyyət sahəsində risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini, keyfiyyət sahəsində düzgün planlaşdırmanın təşkil edilməsini və məqsədlərin müəyyən edilməsi, həmçinin idarəetmənin əsaslarını; strateji hədəflərin və maraqlı tərəflər haqqında anlayışını; müxtəlif təyinatlı təşkilatlarda ISO 9001:2015 standartının tələblərinin tətbiq edilməsini.

 

Əldə ediləcək bacarıqlar:

 

Keyfiyyət idarəetmə sistemində proseslərin formalaşdırılmasını, proseslərin sənədləşdirilməsinə dair optimal yanaşmanın seçilməsini və PDCA siklin başa düşülməsini. Şirkətin mühitinin (biznes mühitinin və maraqlı tərəflərin) müəyyən eidlməsini, keyfiyyət sahəsində siyasətin formalaşdırılmasını; məqsədlərin planlaşdırılmasını və icrasının izlənilməsini. Şirkətin keyfiyyət sahəsində risklərin müəyyən edilməsini, qiymətləndirilməsini və idarəedilməsini. Keyfiyyət idarəetmə sistemlərin əməliyyatların düzgün icrasının təşkil edilməsini. Keyfiyyət idarəetmə sistemi üzrə uyğunsuzluqların və tənzimləyici tədbirlərin idarəedilməsini, o cümlədən proseslərin monitorinqinin aparılmasını və rəhbərlik tərəfindən təhlilin aparılması üçün hesabatların tərtib edilməsini.

 

Təlim auditoriyası:

 

  • Keyfiyyət idarəetmə sistemlərinə cavabdeh olan mütəxəssislər/şəxslər;
  • Keyfiyyət idarəetmə sistemləri üzrə menecerlər və ya rəhbərliyin səlahiyyətli nümayəndələri;
  • Keyfiyyət nəzarət departamentin işçiləri;
  • Keyfiyyət idarəetmə sistemləri üzrə təcrübəsini artırılmasında istəyən şəxslər

Təlimin mövzuları

 

1. Keyfiyyət İdarəetməsinin tarixi

2. Ümumi anlayışlar

3. Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2015-ə görə 7 prinsipi

ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin Maddələri

Maddə 4: Təşkilatın Quruluşu

- Təşkilat və onun konteksti

- Maraqlı tərəflərin ehtiyac və gözləntiləri

- Keyfiyyət İdarəetmə Sisteminin əhatə dairəsi

- Keyfiyyət İdarəetmə Sistemi və onun Prosesləri

Maddə 5: Liderlik

- Liderlik və öhdəlik

Müştəri yönümlülük

- Keyfiyyət Siyasəti

- Təşkilati vəzifələr, səlahiyyətlər və məsuliyyətlər

Maddə 6: Planlaşdırma

- Risklər və imkanlar

- Keyfiyyət hədəflərini əldə etmənin yolları

- Dəyişikliklərin planlaşdırılması

Maddə 7: Dəstək

- Resurslar

- Şəxslər

- İnfrastruktur

- İzləmə və ölçmə resursları

- Ölçmələrin izlənməsi

- Təşkilati bilik

- Müştəri yönümlülük

- Keyfiyyət Siyasəti

- Təşkilati vəzifələr, səlahiyyətlər və məsuliyyətlər

Maddə 8: Əməliyyat

- Əməliyyatın planlaşdırılması və nəzarət

- Məhsul və xidmətlərlə bağlı tələblər

- Məhsul və xidmətlərin layihələndirilməsi və təkmilləşdirilməsi

- Xaricdən təmin edilmiş proseslərin, məhsul və xidmətlərin yoxlanması

- İstehsal və xidmətin təminatı

- Məhsul və xidmətin buraxılması

- Uyğun olmayan istehsala nəzarət

Maddə 9: Performans Qiymətləndirmə

- İzləmə, ölçmə, təhlil və qiymətləndirmə

- Müştəri məmnuniyyəti

- Daxili audit

- Rəhbərliyin təhlili

Maddə 10: Təkmilləşdirmə

- Ümumi

- Uyğunsuzluq və düzəldici fəaliyyət

- Davamlı təkmilləşdirməsi

Təlimin 1 nəfər üçün offline ödənişi:

370 AZN

Eyni şirkətdən 2 nəfər iştirak edərsə 5 %, 3 nəfər və daha çox iştirak edərsə 10% endirim tətbiq edilir.

Müraciət et

Популярные курсы