"Business Management School"MMC olaraq "Korporativ satış" təliminə qeydiyyatı açıq elan edirik.
Təlim kimlər üçün nəzərdə tutulub?
- Şirkətlərin korporativ satış mütxəssisləri
- Öz xidmət və məhsullarını korporativ olaraq şirkətlərə təklif edənlər
- Şirket rəhbərləri
- Korporativ satış sahəsində karyera qurmaq istəyənlər
Siz bu təlimdə iştirak etməklə öyrənəcəksiniz;
- Korporativ müştərilərin gözlənti və ehtiyaclarını təyin etməyi
- Mal və ya məhsul satmaqdan dəyər təklif etməyə keçid etməyi
- B2B satışda dünyanın ən effektiv metodlarından olan SPİN SELLİNG metodunu
- Satışa psixoloji hazırlığı
- Uğurlu təqdimat etməyi, nəticə yönümlü müzakirə aparmağı
- Satışı kapatma və sifair götürmə texnikalarını
Təlimin mövzuları
- XXI əsrdə Korporativ Satış Nə Mənaya gəlir?
- Bənzəşən Mallar və Qiymət Basqısı, Azalan Qazanclar
- Korporativ Müştərinin Gözləntiləri və Ehtiyacları
- Satışın Yeni Dünyası: Mal satmaqdan Dəyər təklifinə
- Korporativ Satışı digər satışlardan fərqləndirən Nədir?
- B2B satışda dünyanın ən yaxşı metodu – SPİN SELLİNG
- B2B Satış Necə İdarə edilməlidir və Mərhələlər
- Satış Menecerinin Satışa Psixoloji və Şəxsi Hazırlığı
- Doğru Müştəri Kimdir? Müştərilərin Qruplaşdırılması
- Mükəmməl İlk İzlənim yaratmanın yolları nədir?
- SPİN Metodu ilə Ehtiyac və Gözləntiləri Anlama
- Uğurlu Təqdimat və Doğru Müzakirənin Yolları
- Satışı Zamanında Qapatma və Sifariş Götürmə
- Ödəmə Şərtlərinin Aydın şəkildə Razılaşdırılması
- Satış Sonrası Xidmət: Təqib, İadə, Əvəzləmə
- Satıcını Gözdən Salan Başlıca Xətalar
Təlimin oflayn ödənişi: 370 AZN
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
- “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
- Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
✔ Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
Sertifikat
1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "İştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "Müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.
Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.
Təlimin ümumi müddəti 16 saat olmaqla 1 ay davam edir. 8 dərsdən ibarətdir. Hər dərs 2 saat olmaqla həftədə 2 dəfə keçirilir. Təlim 2-ci və 5-ci günlər olur. 19:00-dan etibarən başlayır.
Korporativ satış | ||
Təlimçi | Dərs tarixləri | Saatları |
Röyal İbrahimov | 4 dekabr (3-cü gün) | 19:00-21:00 |
7 dekabr (6-cı gün) | 10:00-12:00 | |
11 dekabr (3-cü gün) | 19:00-21:00 | |
14 dekabr (6-cı gün) | 10:00-12:00 | |
18 dekabr (3-cü gün) | 19:00-21:00 | |
21 dekabr (6-cı gün) | 10:00-12:00 | |
25 dekabr (3-cü gün) | 19:00-21:00 | |
28 dekabr (6-cı gün) | 10:00-12:00 |